Menu

Əməkdar artist Süleyman Abdullayev vəfat edib

23.10.2022, 12:01
Əməkdar artist Süleyman Abdullayev vəfat edib

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.

Bu barədə "Report"a xanəndənin qızı Aygün Abdullayeva bildirib.

Qeyd edək ki, Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin - Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb.

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

Allah rəhmət eləsin!

Şərhlər

dadaşyev 2022-10-23 19:26:42

Aaaa!Bir çox gənc müğənnilərimiz ömründə bircə ağız muğam oxumadıqları halda,muğamın heç həndəvərinə belə yaxın gələ bilmədikləri halda bu muğam ustası olan əsl xanəndəmiz qoca yaşlarında "Əməkdar artist" oldu,elə o adla da dünyasını dəyişdi.Allah rəhmət eləsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol