Menu

Hərbi xidmətdə olarkən “avtoş”luq edən məmur oğlu azadlığa buraxıldı - VİDEOLAR

28.10.2022, 11:04
Hərbi xidmətdə olarkən “avtoş”luq edən məmur oğlu azadlığa buraxıldı - VİDEOLAR

Hərbi xidmətdə olduğu vaxt xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu Məlik Əzizov növbəti dəfə ev dustaqlığına buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsində qərar qəbul olunub. Belə ki, M.Əzizovun vəkili onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim verib. Hakim vəsatəti təmin edib.

Bundan başqa, Əziz Məlikov barəsində ekspertiza təyin olunub və onun hərbi həkim komissiyasından keçməsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Məlikov Əziz Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt əsgər olub və əslində hərbi hissədə olmalı imiş. M.Əzizovun xidmət vaxtı şəhərin mərkəzində avtoşluq etməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Maraqlıdır ki, M.Əzizov istintaq dövründə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib komandanlığın müşahidəsi altına verilmiş, daha sonra qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında yenidən həbs edilmişdi.

Məlikin atası Soltanpaşa Əzizov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır.

Videoda: Əziz Məlikovun avtoşluq görüntüləri



Fotoda: Əziz Məlikov və Soltanpaşa Məlikov


Şərhlər

dadaşyev 2022-10-28 20:55:43

Azərbaycanda nəticəsi irəlicədən bəlli olan şeylər məni qətiyyən heyrətləndirmir.Almaniyada,ABŞ-da yaşasaydım,o başqa.Deyərdim belə şey olar?Amma biz elə bizik də.Pulun yoxdursa heç kimə salam vermə,çünki rüşvət deyil deyə almayacaqlar.Pulun varsa nə istəyirsənsə elə.Elə bala,elə.Neyləmisənsə yaxşı eləmisən.Hələ az eləmisən.

turan 2022-10-28 17:08:25

Pul hər şeyi həll edir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol