Dünən "Valday" qrupunun toplantısında çıxış edən Rusiya prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında aparılan sülh prosesi barədə bir sıra açıqlamalar verib.
"Həll məsələsində, sülh müqaviləsində bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, lazımdır. Biz sülh yolu ilə nizamlanmanın, eləcə də sərhədlərin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq..." - deyə, Rusiya prezident politoloq Aleksandr İskəndəryanın sualını cavablandırarkən bildirib.
“Biz bunun tərəfdarıyıq. Hansı variantı seçmək məsələsi Ermənistan xalqının və Ermənistan rəhbərliyinin fikridir. Hər halda, hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur.
Əgər indiki Ermənistan rəhbərliyi hesab edir ki, bu sülh müqaviləsinin hansısa konkret variantını seçmək lazımdır…
Vaşinqton variantı deyilən versiya, mənim anladığım qədər, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə düşünürsə, xahiş edirəm, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik.
Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus özəllikləri var və bu xüsusiyyətlər nəzərə alınsın və gələcək sülh müqaviləsində bu müzakirə olunsun, bu da mümkündür.
Amma əlbəttə ki, Azərbaycanla danışıqlar aparmaq lazımdır. Bu sazişlərin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu çətin, çətin sualdır.
Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz təbii ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın özünün təklifini böyük ölçüdə rəhbər tutacağıq”, — deyə, Putin qeyd edib.

Rusiya prezidentinin səsləndirdiyi fikirləri şərh edən politoloq Şahin Cəfərlinin sözlərinə görə, Putinin açıqlamaları göstərir ki, həqiqətən də Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı ABŞ tərəfindən təklif olunan (Avropa Birliyi tərəfindən də dəstəklənən) "Vaşinqton variantı" mövcud imiş: "Putin bildirib ki, "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur.
Onun "əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik", - sözlərində narazı ton açıq hiss olunur. Aydındır ki, Rusiya Qərbin təklif etdiyi sülh anlaşmasına dəstək verməz. Həmin cümlənin bəsit dilə tərcüməsi budur ki, əgər siz - ermənilər bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir, bu halda Moskvadan bir şey gözləməyin. Yəni "günah bizdən getdi..." Rusiyanın mövqeyi isə belədir ki, Qarabağın "özünəməxsus xüsusiyyətləri" var və sülh müqaviləsində bu xüsusiyyətlər əksini tapmalıdır.
Putin Azərbaycanın maraqlarını nəzərə aldıqlarını, lakin əhəmiyyətli dərəcədə məhz müttəfiq Ermənistanın nə təklif edəcəyinə diqqət edəcəklərini söyləməklə Paşinyanı hədəf taxtasına qoyur. O, erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, ondan hesab sorun, biz Rusiya olaraq sizə dəstək verməyə hazır idik".
Politoloqun fikrincə, indi böyük ehtimalla Ermənistan müxalifəti Putinin sözlərinə istinad edərək Paşinyanı Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınmasını (və təbii ki, ərazi iddialarından rəsmən imtina olunmasını) ehtiva edən sülh müqaviləsinə imza atmaqdan çəkindirmək üçün ona basqı quracaq: "Putinin mövqeyi fərqli alternativin də mümkünlüyü ilə bağlı ermənilərdə ümid yaradır. Bu, şübhəsiz ki, Paşinyanın işini çətinləşdirəcək.
Şübhə yoxdur ki, "Vaşinqton variantı"nda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəlar da var, bunsuz zatən sülh müqaviləsi olmaz. Muxtariyyət statusu Azərbaycan üçün qəbulolunmazdır, amma yerli hakimiyyət orqanları çərçivəsində özünüidarəetmə modelinə (təbii ki, bütün ölkə miqyasında) və Qarabağ erməniləri üçün müvəqqəti beynəlxalq təhlükəsizlik təminatlarına razılaşmaq olar".
Qeyd edək ki, Putinin "Vaşinqton variantı, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam tanınmasını nəzərdə tutur" fikirləri və Ermənistanın bununla razılaşmasını faciə kimi qələmə verməsi Moskvanın bölgə ilə bağlı nə düşündüyünü tam ifşa edən açıqlamadır. Putinin bu fikirləri Rusiyanın Qarabağ üzərində Azərbaycanın tam suverenliyinin təmin olunmasına qarşı olduğunu açıq şəkildə ortaya qoyur...
Elman
"Azpolitika.info"

Şərhlər
Rusiya olmasaydı çoxdan Ermənistanla məsələni həl edərdik. İndiyə kimi Rusiya sülhə barmaq qoyur. Hər zaman kimi. Və hər yerdə kimi. Bu BƏDNAM Rusiya İmperiya qalmaq istəyir. Bunu hamı başa düşür. Lənət Rusiyaya!
“Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur.”. “Vaşinqton variantı deyilən versiya, mənim anladığım qədər, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə düşünürsə, xahiş edirəm, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik.”. “Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz təbii ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın özünün təklifini böyük ölçüdə rəhbər tutacağıq” – Bu fikirlər V. Putinə məxsusdur. Bir dövlət nə qədər dünya dövlətləri tərəfindən nifrətə məruz qala bilər. Rusiya artıq bir dövlət kimi, özü özünün axırına çıxmaqdadır. Eşitdiyimə görə insan can verməkdə olanda əl-qol atır, hərəkətlərinə hesabat vermir, idarəetməni itirir. Bu gün Rusiya həmin vəziyyətdədir. Burada iki sual ortaya çıxır, ya bu zaraza Putinin dvoynikidir (oxşarı), ya da elə Putin adlandırdığımız ABŞ-ın, Qərbin layihəsidir. M. Qorbaçovdan kim nə gözləyirdi? Sonu nə oldu? Nəticədə SSRİ-nin dağıtdığına görə Nobel mükafatı aldı. İlham Əliyev çox ardıcıl, ağıllı siyasət aparır. Hər halda onun da bildiyi şeylər var. V. Putin açıq desək özünü lap buraxıb. Onun çıxışında heç bir məntiq yoxdur. Açıq-açığına Azərbaycana düşmən mövqeyindədir, elə bil erməni bunun özüdür. Heç erməni özünü belə həyasız aparmır. MDB mənim nəyimə lazımdır, əgər mənim dövlətimə qarşı beləı ayrı-seçkilik var? Biz nə vaxt prinsipial olacağıq, nə vaxt sözümüzü açıq deyəcəyik? Anlayıram, çətin məsələdir, amma qaradan tünd rəng yoxdur. Növbəti məni qayğılandıran məsələ. Artıq Putinin "Valday" qrupunun toplantısında, eləcə də xalqa müraciəti zamanı erməni jurnalistlərin iştirakının şahidi olmuşam. Bütün vəchlə sual vermək üçün özlərini ortaya atırlar, amma bizim bir jurnalistin həmin görüşlərdə iştirakının şahidi olmamışam. Odur ki, bütün günahlar nə ermənidə. nə Putində, nə makrondadır, bütün günahları özümüzdə axtarmalıyıq.
Biz-hər hansı Azərbaycan vətəndaşı KİMinlə olursa-olsun hansı haqq-ədalətlə Ermənistanın 1987ci ildə bütün-yüz minlərlə soydaşlarımızı zorla deport, Qarabağ və ətraf rayonlardan yüz minlərlə azərbaycanlı ailələrini vəhşi-hərbi daxil dini soyqırım cinayətlərini mühakimə etmədən Qarabağda ermənilərin qalmasını müzakirə edə bilərik?
Sen kimsen ve sene kim haqq berib ki bizim Azerbaycanın taleyini hell ededen sen hele özünü qoru sonra.Bu gün Azerbayczn üçün tarixi bir lzns yaranıb ve bşz bundan maksimium yararlanmalıyıq.Bu gün Türkiyee iike herbi siyasi emekdaşlıq bunların elinden qurtulmapa imkan verecek.
Bu millet ve dövlet ve millet dünyaya meydan oxumaq iddiasında idi.ABŞ ve Böyğk Britaniya SSRİ- ni çökdürüb rusların “qazını” aldılar indi Rusiyanın növbesidir ve onun dağılmasına artıq “start” verilib.İt defterinde adı olmayzn bı millet ve dövlet özünden kiçikkere ,zeifkere güc gösterir ve bala füşmğr ki dövr o dövr deyil onun sözü artiq heçyerde keçmir.
1898- ci ilde Rusiyada neşr olunmuş “ Большая Российская Энциклопедия»- da müellifi ve redaktoru milliyyetce rus olan “Cифились@ adlı elmi meqslede bele bir cümle var:”Сифились быль и будет национальной болезни русского народа».İndi sade bir aileni idare etmek iqtidarında olmayan bir millet nece dövlet idare ede biker ve dünta siasetinden baş çuxars biler.
Axı bu sıradan bir çıxış yox,Rusiya prezidentinin illik hesabatı kimi bir toplantıda söylədiyi mövqesidir.Bəs niyə Putinin belə çıxışına Azərbaycanın XİN. reaksiyası görünmür?
Niyə susqunluq davam edir? Azərbaycanlı cəmiyyəti bu çox ilgiləndirir
Bizi iki yüz min azərbaycanlı ailələrnin Ermənistandakı doğma yuvalarındam deportla və üç yüz mindən çox azərbaycanlı ailələrinin hərbi də soyqırım terroru ilə qovmuş işğalçılarla hansısa təkliflərini hansı haqla müzakirə edirik? Əvvəla, bu yarım milyon azərbaycanlıların hüquqlarının adekvat yox, aşağı qəbul etməkdir? Sonrası, deport və işğal cinayətlərinin mühakiməsindən sonra Qarabağda ermənilərin qalma məsələsinə baxmaq olar?