Menu

RUSİYA DÖVLƏT KANALINDA AZƏRBAYCANA QARŞI NÖVBƏTİ TƏXRİBAT - VİDEO

29.10.2022, 10:34
RUSİYA DÖVLƏT KANALINDA AZƏRBAYCANA QARŞI NÖVBƏTİ TƏXRİBAT - VİDEO

Rusiyanın “Rossiya 24” dövlət telekanalı Azərbaycan əleyhinə süjet nümayiş olunub. Onun müəllifi, jurnalist Natalya Solovyova Qərbin Vaşinqtonun simasında öz “Qarabağ Azərbaycandır” şərtləri ilə sülh təklif etdiyini bildirir və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənir.

Bundan başqa, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan prezident adlanır, onlar Qarabağdakı separatçı rejimin “keçmiş rəhbəri”ndən sitat gətirirlər, həmçinin ermənipərəst ekspertlərin çıxışlarını göstərirlər.

Qeyd edək ki, son vaxtlar Rusiyanın dövlət kanallarında anti-Azərbaycan, təxribat xarakterli süjetlərin və reportajların sayı artıb. Hətta buna görə Azərbaycan XİN  Rusiyaya nota da verib. Ancaq bunun heç bir təsiri olmayıb. Putinin  "Valday" qrupunun toplantısındakı çıxışı tapşırığın Kremldən gəldiyini açıq nümayiş etdirib. 

Belə bir şəraitdə Azərbaycanda Rusiya kanallarının yayımının  dyandırılması gündəmə gəlməlidir!

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2022-10-30 00:11:15

Əksinə,belə vaxtda Rusiya kanallarını bağlamaq qətiyyən düzgün deyil.Çünki düşmənin nə dediyini,nə düşündüyünü gərək davamlı olaraq biləsən ki,tədbirini də ona görə alasan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol