Menu

Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub

15.11.2022, 20:51
Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub

Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

"Report" xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, fəal siyasi dialoqun həyata keçirildiyi bildirilib.

Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olunub. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Prezidenti İlham Əliyevin şərəfinə Albaniya Respublikasının Baş naziri Edi Rama tərəfindən nahar verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol