Menu

Təbrizdə həbsxanada Azərbaycan bayrağına görə dava düşdü - Milli fəal yaralandı + FOTO

17.11.2022, 15:23
Təbrizdə həbsxanada Azərbaycan bayrağına görə dava düşdü - Milli fəal yaralandı + FOTO

Təbriz həbsxanasında saxlanılan tanınmış idmançı və milli fəal Kərim İsmayılzadəyə hücum edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, İranın rejim qüvvələri milli fəala təzyiq etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər. Noyabrın 16-da üç məhbus Azərbaycan bayrağını təhqir edib və Kərim İsmayılzadəyə hücum ediblər.

Məcbur davaya cəlb olunan milli fəalın hücum edənlərdən ikisinə müqavimət göstərdiyi, üçüncü şəxsin isə qaçdığı bildirilir.

Bundan sonra xüsusi təyinatlı dəstə bölməyə girib, yaralanan Kərim İsmayılzadə penitensiar xidmətin tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb.

Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmasıdır.

Hadisənin həbsxana rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi bildirilir.

Şərhlər

Eli 2022-11-17 16:44:07

Bir millet kimi kimler. hansı dövlet ve millet olmadından adılı olmayaraq bize müsteqillik yolunda etdiklerini qan yaddsşına köçürmeli ve zamanında cavabları artıqlaması ile verilmelidir,44 günlük müharibede olduğu kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol