İranda əxlaq polisi ləğv edilib
Baxiş sayı:
Dərc olunub:
04/12/2022 - 15:32
İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə “Arab News” ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.
“İranın Baş Prokurorluğu əxlaq polisinin ləğvi barədə məlumat verib”, - agentlik bildirib.
İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.
Qeyd edək ki, daha öncə İranın hüquq orqanlarının qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilib.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.