Menu

PUTİN CİNAYƏTKARLARI MÜKAFATLANDIRIB – Soyğunçuluq edən ermənini “Şücaət” ordeni ilə təltif edib + VİDEO

11.01.2023, 18:32
PUTİN CİNAYƏTKARLARI MÜKAFATLANDIRIB – Soyğunçuluq edən ermənini “Şücaət” ordeni ilə təltif edib + VİDEO

Rusiya Prezidenti Vladimir Putin əfv fərmanıyla vaxtından əvvəl azadlığa buraxılaraq, Ukraynadakı müharibəyə cəlb olunan və 6 ay sağ qalmağı bacaran bir qrup hərbçini təltif edib.

“AzPolitika.info” Britaniya mətbuatına istinadla xəbər verir ki, təltif edilənlər arasında əslən Ermənsitandan olan Hayk Qasparyan adlı şəxs də var.

Britaniya mətbuatı yazır ki, 31 yaşlı erməni MMA döyüşçüsü Moskvada silahla soyğunçuluq törədib və 7 il müddətinə həbs cəzası alıb. Lakin V. Putinin əfv fərmanı ilə o, cəmi 6 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Ukraynadakı işğalın bir parçası olan erməni hərbçi onu “Şücaət” ordeni ilə təltif edən Putinə “Mən Rusiyaya və Vaqnerə xidmət edirəm” deyə cavab verib.

Xəbərdə qeyd olunur ki, yaxın həftələrdə minlərlə qatil, təcavüzkar və soyğunçu Putinin əfv fərmanı ilə azadlığa buraxılacaq və Ukraynadakı müharibəyə yollanacaqlar. Hazırda 40 minə yaxın məhbusun Ukraynadakı döyüşlərdə iştirak etdiyi bildirilir. Putinin fərmanına əsasən müharibədə altı ay sağ qalan bütün məhbuslar əfv ediləcək.

“AzPolitika.info”


Şərhlər

Roma 2023-01-12 09:08:13

Baş cinayətkar, özündən aşağı pilləli cinayətkarları mükafatlandırır...

Eldəniz 2023-01-12 07:19:23

Rusiyanın həmişə tətbiq etdiyi praktikadir bu ..xələfi Stalinden öyrənib bu əməlləri

Elbrus Dağəfsanəsi 2023-01-11 23:24:41

Hörmətli AzPolitika.info qeyd edək ki, elə Ukraynadakı digər qasparyana sifariş verilmiş millətçi roman-kitab *sonsuz faydalı* olub? Özəl kapitalizmə dönən əski SSRİ ərazisində *yenidən bölək* siyasəti əsasında millətçi qruplar Krım, Donbas, Luqansk kimi Xalq respublikaları elan ediblər!?

t.ədalət 2023-01-11 20:10:30

Görünür,Putin bu əbləhi də Vardanyanın yanına göndərəcək.

Eli 2023-01-11 19:03:26

Yazının başlğı çox gülmelidir:”Putin çinayetkarları mükafatlandırıb” bes cinayetkar kimi mükafatlandırmalıdır melekleri?Cinayetkar öz hemkarlarını mükafatlandırmalıdır başqa cür ola da bilmez.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol