“MƏNİMLƏ ÜZ-ÜZƏ GƏLMƏYƏ KİŞİLİKLƏRİ, CƏSARƏTLƏRİ ÇATMADI...” – “45 deputatın qarşısına çıxmağa da üzü olmadı...” (VİDEO)
10 il əvvəl bu gün – 4 fevral 2013-cü ildə Vasif Talıbov Naxçıvan hakimiyyətində təmsil olunan bəlkə də sonuncu avtoriteti - əhali arasında hörmət-izzət sahibi, təmiz və əqidəli bir şəxs kimi tanınan Məmməd Abbasovu işindən uzaqlaşdırdı.
M.Abbasov 1991-ci ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, 2003-cü ildən isə Baş nazirin müavini-kənd təsərrüfatı naziri vəzifəsində çalışırdı. O, bu vəzifəyə Heydər Əliyev tərəfindən təyin olunmuşdu. M.Abbasovun Heydər Əliyevlə yaxşı münasibətləri, eyni zamanda da onun Naxçıvan camaatı arasındakı nüfuzu savadsız, paxıl və mahiyyətçə nadan bir insan olan V.Talıbovu heç zaman rahat buraxmamışdı. Ətrafına özü “çəkidə” olanları yığmağa üstünlük verən Talıbov, M.Abbasovun Naxçıvanda yüksək vəzifə tutması ilə barışa bilməzdi. Lakin Heydər Əliyevin yaxın silahdaşını, Prezident İlham Əliyevin şəxsən tanıdığı bir şəxsi, naxçıvanlıların böyük hörmət bəslədiyi bir şəxsiyyəti “vurmaq” da asan deyildi. Bunun üçün çox ciddi əsaslar tapılmalı idi. 2013-cü ilin əvvəllərində daha əsəbləri tab gətirməyən Talıbov belə “ciddi əsası” tapmağa nail oldu – rəsmən məzuniyyətə buraxılmış M.Abbasovu Ali Məclisin iclasında iştirak etmədiyinə görə vəzifəsindən uzaqlaşdırdı. Ardınca isə onun camaatın və siyasi hakimiyyətin nəzərindəki etibarını sarsıtmaq üçün müxtəlif şayiələr yaydırmağa başladı.
M.Abbasovun vəzifədən uzaqlaşdırılmasının 10 illiyinin tamamına az qalmış Vasif Talıbovun özünü hakimiyyətdən uzaqlaşdırdılar...
Belə bir ərəfədə M.Abbasovla söhbət yerinə düşərdi. Biz də bu fürsəti qaçırmadıq.
M.Abbasovun “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:
- Məmməd müəllim, düz 10 il əvvəl Vasif Talıbov Sizi vəzifənizdən uzaqlaşdırdı. Bu haqda bir dəfə sizinlə danışmışdıq, amma indi vəziyyət bir qədər fərqlidir – Talıbovun özü də hakimiyyətdən uzaqlaşdırılıb və çox ciddi ittihamlarla üz-üzədir. Talıbov Sizinlə niyə işləmək istəmədi?
- Mən, 2013-cü il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - kənd təsərrüfatı naziri vəzifəsindən azad olunmuşam. Artıq 10 ildir ki, təqaüddəyəm. Ötən bu müddət ərzində mənim vəzifədən azad olunmağımla bağlı hələ də bir sıra qaranlıq məqamlar, müəmmalar qalmaqdadır. Muxtar Respublika Ali Məclisinin sədri səbəb kimi bildirmişdi ki, guya mən saymazlıq edərək Ali Məclisin yığıncağına getməmişəm. Bir neçə gündən sonra isə sosial şəbəkələrdə mənə qarşı uydurma, böhtan və şər xarakteri məlumatlar yaydılar ki, guya mən Moskva şəhərində respublikanın Baş nazirinin sabiq müavini Abbas Abbasovla görüşmüşəm və bundan xəbər tutan Ali Məclisin sədri qəzəblənərək, məni vəzifəmdən azad edib. Bir müddət sonra şər kampaniyası yenə davam etdi, bu dəfə sosial şəbəkələrdə məlumat yaydılar ki, mən gizlin şəkildə Sədərək gömrük məntəqəsindən kiminsə müşayiəti ilə keçərək, İstanbul şəhərinə gedib, orada “Çıraqban” otelində Cəmil Həsənli və Abbas Abbasovla görüşmüşəm.
Bəli, sizin də xatırlatdığınız kimi, bu şayiə və böhtanlara mən bir neçə il bundan əvvəl sizin saytınız vasitəsilə cavab vermişəm. Amma o cavab tam dolğun deyildi. İndi məlum hadisələrin cərəyan etdiyi bir zamanda yenidən məsələyə aydınlıq gətirmək zərurəti yaranıb. Qaranlıq heç nə qalmamalıdır! Mənə qarşı edilən bu haqsızlığın səbəbkarı, icraçıları hal-hazırda yaşayırlar, onlar bilməlidirlər ki, pislik heç vaxt unudulmur, yaddan çıxmır. Gec-tez hər şey üzə çıxır, aydınlaşır. Digər tərəfdən, baş verənlər dövlət məmurlarına ibrət olmalıdır ki, gərək vəzifə sahibləri xəyanətkar, satqın olmasınlar. Yəni tarixdən ibrət dərsi alınmalıdır...
2012-ci ilin avqust ayının 10-da mənə yaşa görə pensiya təyin edildi. Məqsədim vəzifədən gedib, dövlət qulluqçusu kimi təqaüd almaq, qalan ömrümü sakit yaşamaq idi. Çünki artıq xeyli müddət idi (47 il) işləyirdim. Dövlət qulluğunda 32 il stajım var idi. Digər tərəfdən, son illər Ali Məclisin sədri ilə münasibətlərimizdə soyuqluq, gərgin vəziyyət yaranmışdı. İş o yerə çatmışdı ki, məni son aylar Ali Məclisdə keçirilən tədbirlərə belə dəvət etmirdilər. Hətta 2012-ci ilin dekabr ayında Ulu Öndərin anım günü ərəfəsində mənə Ali Məclisdən bildirmişdilər ki, “anım günü sən rəhbərliklə birlikdə mərasimdə iştirak etməməlisən”. Səbəbini soruşduqda Aparat rəhbəri Əli Həsənov bildirmişdi ki, “belə məsləhətdir”. Məlum oldu ki, sədrin göstərişidir. Əli Həsənova dedim, sənə göstəriş verən adama çatdır ki, mən tədbirdə iştirak edəcəm, heç kəs mənə bunu qadağan edə bilməz...
- Həqiqətənmi V.Talıbov belə göstəriş vermişdi?...
- Bu hadisədən sonra xidməti işimlə bağlı Türkiyədən qayıtdıqdan sonra Ali Məclisin sədrinin qəbulunda oldum. Səfərin yekunları haqqında məlumat verdikdən sonra xahiş etdim ki, məni pensiyaya buraxın. Razı olmadı, çox xoş münasibətlərdən, keçmişdən söz açdı. Anım mərasimiylə bağlı məsələnin səbəbini soruşduqda isə “xəbərim yoxdur” cavabını verdi. Mən isə dedim ki, sizin xəbəriniz olmadan heç kəs cəsarət edib mənə o sözü deyə bilməzdi. Ə. Həsənova da mən sözümü demişəm və gəlib mərasimdə iştirak etmişəm. Çox pis vəziyyətə düşdü. Ondan xoş münasibətlə ayrılmağımızı xahiş etdim. Xatırlatdım ki, qardaşımla münasibətiniz yaxşıdır, siz işləyin, mən də artıq yaşlaşmışam, gedim istirahət edim. Lakin yenə də razı olmadı. Çünki onun niyyəti pislik etmək idi...
- Belə də etdi...
- 2013 - cü il yanvarın sonu məzuniyyətə getmək üçün sədrdən icazə aldım. Baş nazir Əlövsət Baxşıyevə ərizə ilə müraciət etdim. Ərizəmin üsütünü yazıb, mənim yanımda göstəriş verdi ki, “sərəncam hazırlansın”. Fevral ayının 1-də gecə yarısı Ali Məclisin sədr müavini Mirhəşim Seyidov evə zəng vurub, məni nazirliyə dəvət etdi. Səbəbini soruşduqda dedi ki, “sədr mənə tapşırıq verib ki, müalicəyə getdiyin üçün sənə maddi köməklik göstərək. Təşəkkür edib, məzuniyyətdən qayıtdıqdan sonra baxarıq dedim. İsrar etdi ki, “əgər indi qəbul etməsən, sənin məzuniyyətin dayandırılacaq”.
Fevralın 2-də, şənbə günü hava limanında olan zaman Ali Məclisin Aparat rəhbəri Əli Həsənov zəng edib, fevralın 4-də, birinci gün yığıncaqda olmağımı istədi. Bildirdim ki, mən məzuniyyətdəyəm, bundan sədrin də, Baş nazirin də xəbəri var. Üzr istəyib, hara getdiyimi soruşdu və xoş istirahətlər arzu etdi. Ancaq mən yenə də hər ehtimala qarşı, Mirhəşim Seyidova zəng edib bildirdim ki, səfərimi 2 gün təxirə salaraq yığıncaqda iştirak edə bilərəm. O, “ehtiyac yoxdur” deyə cavab verdi. Hətta yarızarafatla bildirdi ki, nə istəyirsən, sərəncamın verilib, rəhbərliyin xəbəri var, maddi tərəfdən də köməklik olub, çıx get...
Bütün bunlara baxmayaraq, fevralın 4-də, həftənin birinci günü Ali Məclisin sədri yığıncağın keçirilidyi zala daxil olan kimi əsəbi halda deyib ki, “Məmməd Abbasov məni saymır, yığıncaqlara gəlmir, mən də onu vəzifədən azad edirəm”. Həmin vaxt Əlövsət Baxşıyev və Mirhəşim Seyidov heç nə demirlər, mənim məzuniyyətdə olmağımdan xəbərsizmiş insanlar kimi davranırlar...
- Demək hər şey əvvəlcədən planlaşdırılıb, elə deyilmi?...
- Bəli, mən Bakıdan qayıdıb, Baş nazir Ə.Baxşıyevdən bu maskaradın səbəbini soruşdum. Dedim ki, ərizə verdim, vəzifədən çıxmağıma razı olmadınız, indi bu nə hərəkətdir? Sən mənim məzuniyyətə çıxmağıma sərəncam vermisən axı. Ərizəmi göstərib dedi ki, “Xeyr, sərəncam verməmişəm, olub, keçdi, sən səbrli ol, gələcəkdə sənin Azərbaycana deputatlığa namizədliyini verəcəyik”. “Sizin kimi insanların parlamentdə ruporuna çevrilməyi mən özümə təhqir hesab edərəm” dedim.
Sonra Əmək kitabçamı alıb, pensiya fonduna göndərdim. Açığı, ehtiyat edirdim ki, pensiya da verməzlər, Əmək kitabçamı korlayarlar. Çünki bunların nə simada olduqlarını bilirdim...
Hə, Baxşıyev biləndə ki, mən işlədiyim nazirliyə gedəcəm, dedi ki, getmə, onsuz da icazə verməyəcəklər. Dedim ki, artıq o sənlik deyil. Nazir müavini Sahib İbrahimliyə zəng edib dedim ki, işçiləri yığsın, gəlib onlarla vidalaşacam. O, Ali Məclisin tapşırığı əsasında bunun qadağan edildiyini dedi. Mən ona bildirdim ki, sən işçiləri topla, deyərsən ki, özü gəlib yığdı...
Nəhayət, nazirliyin işçiləri ilə vidalaşdım, onlardan halallıq istədim. Kiməsə qarşı ədalətsizliyim olubsa, bağışlamalarını xahiş etdim. Vəzifədən getməyimin səbəbini isə belə izah etdim ki, bu qurama bir oyunbazlıq idi, məni məzuniyyətə buraxıb, hətta maddi köməklik göstərdilər. Sonra da dedilər ki, “heç nədən xəbərimiz yoxdur”. Bunların cəsarətləri, kişilikləri çatmadı ki, mənimlə üz-üzə gələrək, işdən azad etsinlər. Barəmdə müxtəlif şayiələr yayır, Cəmil Həsənlinin və Abbas Abbasovun adlarını hallandırırlar. Görünür, bir nöqsan tapa bilmədiklərindən keçiblər şərbazlığa.
- Məmməd müəllim, Sizin bu adamlarla əlaqələndirilməyinizin səbəbi nə idi, onlarla hər hansı münasibətiniz əvvəllər olmuşdumu?
- Abbas Abbasov prezidentlər Mütəllibov, Əbülfəz Əliyev, Heydər və İlham Əliyevlərin rəhbərlikləri dövründə Baş nazirin müavini vəzifəsində 17 ilə yaxın bir müddətdə işlədi. Vəzifədən 2006-cı ildə ərizə yazaraq istefa verdi. Azərbaycanın müasir dövlətçiliyi tarixində pensiya yaşına çatmadan, sivil qaydada istefa verən ilk məmur idi. Prezident onun xidmətlərini nəzər alıb, “İsitqlal” ordeni ilə təltif edərək, hörmətlə yola salmışdı. A.Abbasov Azərbaycan Aqrar İslahat Komissiyasının, mən isə Naxçıvan MR Aqrar İslahat Komissiyasının sədri idim. Biz həmişə onunla qarşılıqlı hörmət şəratində əməkdaşlıq etmişdik və islahatların həyata keçirilməsində az da olsa əməyimiz olub.
Cəmil Həsənliyə gəlincə, bu günə qədər mənim onunla heç bir şəxsi tanışlığım olmayıb. Onu televizyadan, parlamentdən tarixçi-alim kimi tanıyıram. Bizim cəmiyyətdə belə bir səhv praktika istifadə olunur: Birini vəzifədən uzaqlaşdıranda dərhal şayiə yayırlar ki, “mütəllibovçu”dur, “cəbhəçi”dir, “fetoçu”dur və s. AXC-Müsavat dövründə də deyirdilər ki, “kommunist”dir, “əliyevçi”dir...
Bu cür siyasət cəmiyyəti parçalaya bilər. Naqis adamlar bu “ənənədən” şəxsi məqsədləri üçün istifadə edirlər. Düşünürəm ki, mənin də fəaliyyətimdə nöqsan tapa bilmədiklərindən, Vasif Talıbov belə vasitəyə əl atdı. Cəmiyyətdə nüfuzuma xələl gətirmək istədi. Lakin fitnəsi baş tutmadı və bu əməli fiaskoya uğradı. Vəzifədən getdikdən sonra da məndən əl çəkmədilər. Telefonuma qulaq asmaq, güdmək, otur-dur etdiyim insanları hədələmək kimi iyrənc vasitələrə əl atdılar. 2021-ci ildə isə pensiyamı da dayandırdılar. 40 min manat “borc” hesablayıb, yeni təyin etdikləri pensiyamın 50 faizini tutmağa başladılar. Lakin bir il gərgin mübarizədən sonra haqqımı bərpa etdim.
- Biz bilən Sizdən sonra adlarını çəkdiyiniz, yəni belə demək mümkünsə, Sizə qarşı “əməliyyatda” iştirak edənləri də vəzifələrindən uzaqlaşdırdılar...
- Mən səbrli insanam, həyatım mübarizələrdə keçib. Vəzifələrə təsadüfən, proteksiya ilə yox, zəhmətlə, xeyirxah insanların köməyi ilə gəlmişəm. İnanclı adamam. Bilirdim ki, bu anarxiyanın bir sonu olacaq. Və oldu da. Baş nazir (Əlövsət Baxşıyev), Ali Məclisin sədr muavini (Mirhəşim Seyidov), Aparat rəhbəri (Əli Həsənov) eyni ssenari ilə işdən uzaqlaşdırıldılar.
Ümumiyyətlə, son illər vəzifədən gedənlərin hamısı, işərində nöqsanlar olsa da, şər-böhtanla yola salındılar. Bəziləri hətta həbs edildilər. Onların mülkləri əllərindən alındı, özü də dövlət nəfinə yox, özləri ələ keçirdilər. Bu hərəkətlər haqqında rəhbərliyə yalan məlumatlar verib, özünü mələk kimi göstərməyə cəhd edirdi. Halbuki, vəzifə sahibləri ona itaətkar qul kimi xidmət edirdilər. Törətdikləri cinayət və nöqsanları məhz onun rəhbərliyi altında həyata keçirirdilər. Beləcə, vilayətin kadr potensialı məhv edildi.
Muxtar Respublikaya dəyən ən böyük zərbə isə o oldu ki, məmurların, bir sıra alimlərin, hətta sadə vətəndaşların, gənclərin mənəviyyatı pozuldu. Kadrların seçilib yerləşdirilməsində satqınlıq, yaltaqlıq, korrupsiya əsas meyara çevrildi. Muxtar Respublika əhalisi təzyiqlərdən, təqiblərdən yaxa qurtarmaq, ailələrini dollandırmaq üçün başqa bölgələrə - İstanbula, Bakıya köç etməli oldular.
Əlbəttə, mənim də fəaliyyətimdə nöqsanlar, səhvlər olubdur. İş olan yerdə nöqsan olar. Amma cinayət, qərəzçilik, insanları təqib olmayıb!
Bu gün Muxtar Respublikada Prezidentin fərmanıyla yaradılmış yeni struktura minlərlə insan müraciət edir, qəbula gəlir, həm də ümidlə gəlirlər ki, onlara qarşı olunan haqsızlıqlar aradan qaldırılsın. Zorla müsadirə edilmiş əmlakları geri qaytarılsın. Amma heç kim kolxoz-sovxoz torpaqlarının bölgüsündən narazılıq etmir! Qeyd edim ki, 1992-2000-ci illərdə İslahat Komissiyası 72 min ailəyə 57 min hektar torpaq payladı. Bu proses kənd əhalisinin iştirakı ilə kənd meydanlarında, klublarında püşkatma vasitəsilə tam şəffaf və rüşvətsiz həyata keçirilmişdi. Bu islahatlar Ulu öndərin Naxçıvanda işlədiyi dövrdən başlamışdı. Ona (H. Əliyevə-red.) xəyanət etmək olmazdı. Ancaq çox təəssüf ki, onun etimad göstərdiyi şəxs (V.Talıbov-red.) nəinki etimadı doğrultmadı, hətta etimad edənlərin nüfuzuna xələl gətirməyə cəhd etdi. Alınmadı və çoxdan gözlənilən qərar qəbul edildi - rejim ləğv edildi!
Gözləmək olardı ki, Ali Məclisin sədri heç olmasa son sessiyada 45 deputatın qarşısında səhvini etiraf edəcək, insanlardan halallıq istəyəcək. Lakin ona da cəsarəti çatmadı. Bəkə də üzü olmadı.
Bu gün hər kəsdə sual yaranır ki, axı bu insan niyə belə hərəkətlərə yol verib? Onun atası Yusif kişi, bibisi Bahar xanım sadə, əməksevər, xeyirxah adamlar idi. Bibisi Bahar xanım Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı olmuşdu. Hər ikisi ilə mən birlikdə çalışmışam. Onlar dünyalarını dəyişəndən sonra bu insan (Vasif Talıbov-red.) tamamilə özbaşına oldu.
Muxtar Respublika əhalisini parlamentdə təmsil edən deputatlar da bu özbaşınalıqlara rəvac verdilər. Onlar bundan sonra öz seçicilərinin gözlərinə necə baxacaqlar? Ancaq yenə də gec deyil, etiraf etsinlər, Allah bağışlayandır...
- Deyirlər ki, Vasif Talıbovun bu yaramaz idarəçiliyi bütövlükdə Naxçıvanın adına ləkə gətirib...
- Ölkəmizin ayrılmaz hissəsi olan o torpaq heç vaxt ləkələnməz! Bu torpaq Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Məmməd Araz kimi böyük yazıçılar, Həsən Abdullayev, Yusif Məmmədəliyev kimi alimlər, Ramiz Mirişli kimi bəstəkar, Heydər Əliyev, Əbülfəz Elçibəy, İlham Əliyev kimi dövlət-siyasi xadimlər, Hacı Əliyev kimi şempionlar yetirib. Torpaqlarımızın qorunmasında və azad edilməsində qəhrəmanlıq edən igidlər yetirib, şəhidlər verib.
İnşallah, Zəngəzur dəhlizi açılandan sonra Naxçıvan Türk dünyasının mərkəzi olacaq.
“AzPolitika.info”
Vəzifədən uzaqlaşdırılandan az sonra – 2014-cü ildə Məmməd Abbasovun həyatından bəhs edən film çəkilib. Həmin filmi təqdim edirik:
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Çox təşəkkür edirəm səmimiyyətinizə görə.
Məmməd Abbasov haqqında mənim də kişilik xüsusiyyətlərinə aid geniş xatirələrim vardır. Sayt təşəbbüsdə olsa müsahibə verə bilərəm. 050-318-33-86
Memmed müellim qısası bu xalqın milletin qeyretli savadlı,kişi kimi sözü üze demeyi bacaran bir oğludur.Bu insanda saxtakatıq yıxdur mükemmel nir kadrdır.
ŞƏXSİYYƏT KİŞİLƏRi bizlərə tanıtdıqları üçün azpolitika.info kollektivinə təşəkkür edirik!
Naxçıvanın kənd təsərrüfatını elşadnan bəhruz "idarə" edirlər--bunların işi boş yer tapıb ağrolizinqin taxtorları ilə əkib yuxarı çatdırmaq --o camahata ki gömrüylərdə pencər xiyar-badımcan yühlüyürdülər ha o səmərələşdirici təklif də elşad və bəhruzdan gəlirfdi--ona görə naxçıvanda ruzi bərəkət göyə qalxıbinsanlar su tapmır--heyvanlar ot və suyun yoxluğundan mələşir--ALLAH qorusun--belə zalımlara görədir bu acınacaqlı vəziyyət
давал себе слово,что некогда не буду выяснять отношение с людми которого меня разочеровали-но потом понял что тогда люди не узнают кто есть на самом деле--в том совещании людей которой вы называете все были в отчаянии--другие тоже-потому что знали за дверями кто стоит--боялис--хозяин (бывший) был злым человекам а злой человек похож на угол. если не смог обжечь, то пытается очернит
ВЫСОКИЕ МЕСТА ДЕЛОЮТ ВЕЛИКИХ БОЛЕЕ ВЕЛИКИМИ, НИЧТОЖНЫХ БОЛЕЕ НИЧТОЖНЫМИ.М. АБАСОВ БЫЛ ВЕЛИКИМ ЧЕЛОВЕКАМ. когда на ваше место посадили подлого елЩада и клоуна беНруза в нахчыване все поняли что в этом краю болще не растет такой вкусный фрукт как справедливость Именно тогда в.тАлыбов перещел точку невозврата (у авиаторов есть такой термин)-когда разогналься так, что обязательно должен полетет вот и он полетел поздно но справедливо
Məmməd müəllim, belə görünür ki, bu adamdan nə desən gözləmək olar və bunun əməllərinin bu qədər gec ifşa olunması mənim üçün anlaşılmazdır, başqası deyək ki, heç bəs siz özünüz Prezidenti məlumatlandırardınız...
Məmməd müəllimlə ilk tanışlığım maraqlı və gözlənilməz oldu.Həmin ərəfədə Azadlıq radosunun bölgə müxbiri işləyirdim.Redaksiyadan torpaq islahatıyla bağlı veriliş hazırlamam istənilmişdi.Verilişin hazırlanması üçün Məmməd müəllimlə telefon əlaqəsi saxlayarkən doğrusu onun telefondakı səmimi rəftarı məni təəccübləndirdi.Çünki adətən başqa məmurlar Azadlıq radiosunun adını belə eşitməmək üçün ya telefonu üzümə qapayırdılar,ya da cavab vermək istəmirdilər.Ancaq Məmməd müəllimin zəngimə cavabı elə səmimi və işgüzar oldu ki,doğrusu bir qədər özümü itirdim.Bildirdi ki,gəl elə edək ki,hər şey real,obyektiv və əyani olsun,bu günlərdə Qarabağlar kəndində torpaq islahatıyla bağlı həmin kənddə olacağam.Sizi də ora dəvət edirəm və dalınızca maşın göndərəcəyəm,gəlib veriliş hazırlayarsınız.Bir neçə gündən sonra özü əlaqə saxladı və vədinə əməl etdi Məmməd müəllim.Kənddə olarkən ondan geniş müsahibə götürdüm.Bu müsahibə radionun rəhbəri rəhmətlik Mirzə Xəzəri də təəccübləndirmişdi ki,doğrudanmı Naxçıvanda belə demokratik fikirli,mətbuata açıq,işgüzar məmur varmış.