Menu

Blinken Türkiyədə səfərdədir - FOTO

19.02.2023, 18:11
Blinken Türkiyədə səfərdədir - FOTO

ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib. “Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu, E.Blinkenin dövlət katibi kimi Türkiyəyə ilk səfəridir.

Bildirilib ki, dövlət katibinin təyyarəsi Adanadakı İncirlik bazasına enib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.

Daha sonra Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə helikopterlə havadan zəlzələ bölgəsinə baxış keçirib.

“Reuters” dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyini, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol