"TELEFONU ƏLİMƏ GÖTÜRƏNDƏ DƏHŞƏTLİ PARILTI GÖRDÜM..." - Fazil Mustafa terror hücumundan danışdı + VİDEO

Bir neçə gün öncə Bakıda silahlı hücuma məruz qalan deputat Fazil Mustafa həmin hadisədən danışıb.

O bu barədə Real TV-yə müsahibəsində bəhs edib.

F.Mustafa bildirib ki, hadisə baş verən gün axşam dostları ilə birgə restoranda iftar edib.

Terror hücumu isə restorandan çıxıb evə gələn zaman baş verib: “Qarajın qapısını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıldı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş də maşının içində çiynimi tutdu. Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın”.

Müsahibənin tam versiyasını təqdim edirik:

635x100

Şərhlər

Camal 2023-04-07 15:19:44

Fazil bəyin ayrı-atrı vaxtlarda dedikləri üst-üstə düşmür.

Son yazılar