Menu

“Bizi yeni fəlakətlərə aparan səriştəsiz hökumətimiz var” – Erməni politoloq

27.04.2023, 17:31
“Bizi yeni fəlakətlərə aparan səriştəsiz hökumətimiz var” – Erməni politoloq

“Uşaqcasına bəhanələr uydururlar...”

“Ölkəmizin rəhbərliyi bir işi çox gözəl edir: həmişə günahkarı tapır və həmişə bəhanəsi var. Bir bəhanə zavodu təşkil edə bilsəydik, o zaman ölkəmiz sadəcə olaraq çiçəklənərdi”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Artur Xaçikyan yerli mediaya açıqlamasında deyib: “İctimaiyyətin diqqətini bəhanələrlə yayındırırlar, həm də şiddətli şəkildə anti-Rusiya təbliğatı aparılır. Təbii ki, Rusiya daha çox iş görməli idi. Moskvanı buna həvəsləndirmək lazımdır. Amma bir gün anlaya bilər ki, bizimlə iş görmək mümkün deyil, Ermənistanı, Qarabağı tərk edib gedər”

O daha sonra qeyd edib ki, Ermənistn rəhbərliyi Praqada Qarabağın Azərbaycanın bir parçası olduğunu tanıyıb : “Amma indi əl-qolumuzu ölçürük ki, bu, Rusiyanın işidir. Tarixdə belə bir nümunə olmayıb ki, hökumət öz təhlükəsizliyinin başqa dövlətin işi olduğunu bəyan etsin. Halbuki, əslində Rusiya heç nə etməməlidir”.

Politoloq daha sonra qeyd edib: “Başa düşmək lazımdır ki, heç kim, o cümlədən Rusiya Azərbaycana və Türkiyəyə qarşı döyüşmək istəmir. Avropa Azərbaycana qarşı hər hansı sanksiya tətbiq etməkdən imtina edir, ABŞ-da bunun baş verməyəcəyini deyir. Avropa və Amerika nümayəndələri bir-bir Bakıya gedirlər. Biz öz təhlükəsizliyimizi, maraqlarımızı düşünməliyik. Əvəzində daim səhvlərə yol verən, bizi yeni fəlakətlərə aparan səriştəsiz hökumətimiz var. Üstəlik, daim uşaqcasına bəhanələr uydururlar”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol