Türkiyəli nazirlər AK Partinin İstanbul təşkilatının binasına gəliblər - FOTOLAR

Türkiyəli nazirlər prezident seçkilərinin ikinci turunun nəticələrini izləmək üçün Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul təşkilatının binasına gəliblər.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, təşkilatın mərkəzində Türkiyədəki seçkilərin ikinci turunun nəticələrini izləmək üçün 200-dən çox əcnəbi jurnalist fəaliyyət göstərir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş AK Parti İstanbul təşkilatının binasına gələn nazirlərin arasındadır.

Qeyd edək ki, hazırda Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul təşkilatının binasında izdiham yaşanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar