Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi zamanı liderlər də öz aralarında danışıqlar aparıblar.
Prezidentliyə keçmiş namizəd Sinan Oğan, Azərbaycan Prezidenti İlham Əliyev, Mehriban Əliyeva, NATO-nun baş katibi Stoltenberq və İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzaninin arasındakı söhbətin fotosu sosial mediada geniş müzakirə olunub.
Qeyd edək ki, mərasimdə 21 dövlət başçısı və 13 baş nazirlə yanaşı, Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bir çox nazir və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.


Şərhlər
Dəhşətli bir gündəm olub...