Menu

Rusiyaya qarşı beynəlxalq tribunalın yaradılması qaçılmazdır – Haaqa Məhkəməsi dinləmələrə başlayıb

07.06.2023, 16:57
Rusiyaya qarşı beynəlxalq tribunalın yaradılması qaçılmazdır – Haaqa Məhkəməsi dinləmələrə başlayıb

İyunun 6-da Haaqa Beynəlxalq Məhkəməsində Ukraynanın Rusiyaya qarşı iddiasının mahiyyəti üzrə ilk dinləmələr keçirilib.

“AzPolitika.info” Almaniyanın “Deutsche Welle” (DW) radiosuna istinadla xəbər verir ki, bu, Rusiya tərəfinin iki beynəlxalq konvensiyanın - terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və irqi ayrı-seçkiliyin hər hansı formasının aradan qaldırılmasına dair tələblərini pozması ilə bağlı qaldırılıb.

Dinləmələr iyunun 8, 12 və 14-də davam edəcək və növbəti addım hökmün çıxarılması olacaq. BMT Məhkəməsinin qərar qəbul etməsinin bir neçə ay çəkəcəyi gözlənilir.

Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviç Haaqadakı görüşü altı illik işin kuliminasiya nöqtəsi adlandırıb. O qeyd edib ki, bu, Ukraynanın Rusiyaya qarşı beynəlxalq məhkəmədə mahiyyəti üzrə baxılma mərhələsinə çatan ilk işidir.

Hazırda baxılan qanun pozuntuları 2014-2015-ci illərdə törədilib. Haaqadakı Ukrayna nümayəndə heyətinin bildirdiyinə görə, onların Rusiyanı məhkəmə qarşısına çıxarmaq üçün başqa alətləri də var – bu, Ukrayna xalqına qarşı soyqırım işidir. Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin və Rusiya Ombudsmanının həbsinə dair order verib. Gələcəkdə Ukraynaya qarşı törədilən təcavüzə və müharibə cinayətlərinə görə beynəlxalq tribunalın yaradılması qaçılmaz olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol