Əgər Yevgeni Priqojinin hərbi qiyamı sona qədər davam etsəydi, Moskvada hakimiyyəti Priqojinin “sağ əli” və “Vaqner”-in yadarıcılarından biri olan Dmitri Utkin ələ keçirməli idi.
“AzPolitika.info” xəbər verir ki, bunu Donbas separatçılarının sabiq lideri İqor Strelkov(Qirkin) öz “telegram” kanalında bildirib.
Qirkin iddia edib ki, “Vaqner” ləqəbli sabiq FTX podpolkovniki D.Utkinin başçılıq etdiyi qərargah Moskvaya giriş və Müdafiə Nazirliyi ilə Baş Qərargahın ələ keçirilməsi planını işləyib hazırlayıbmış. “Vaqnerçilər” məhz Utkinin rəhbərliyi altında bu planı icra etməli idilər. Ancaq məlum olduğu kimi, Priqojin Moskvaya doğru hərəkəti və hərbi qiyamı dayandırdı. Odur ki, hazırda Priqojinin qoyub Belarusa getdiyi “Vaqner” qruplaşmasının və D.Utkinin özünün gələcək taleyi qaranlıq qalır.
“AzPolitika.info”


Şərhlər
Təbii ki, bütün dünya insan aləmini, heç Rusiya və Ukrayna vətəndaşlarını da Kimin hakimiyyətdə olması maraqlandırmır! Dünya əhalisini narahat edən odur ki, Kreml niyə və hansı ədalət üçün, məhz nə üçün elə, Kiyevlə müharibə edir?