Qordona verdiyi müsahibəsini Azərbaycana qarşı təbliğata həsr edib
Bakıda doğulub böyümüş, Azərbaycandan bəhrələnmiş, Azərbaycan rəhbərliyinin qayğısı və misilsiz dəstəyi, himayəsi sayəsində şahmat üzrə dünya çempionluğuna qədər yüksəlmiş Harri Kasparovun tanınmış ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Növbəti dəfə öz nankorluğunu, riyakarlığını, ikiüzlüyünü və “erməni qarışığı” mahiyyətini ortaya qoyan Kasparov yenə Azərbaycanın əleyhinə ittihamlar, şər-böhtan səsləndirib.
Ukraynalı jurnalist bu müsahibə zamanı hər nə qədər Azərbaycanı dəstəkləyən obyektiv mesajlar versə də, Kasparov hər dəfə söhbəti neqativ istiqamətə yönəldərək, xalq və dövlət olaraq, Azərbaycanın əleyhinə danışıb.
Məsələn, Kasparov Bakının artıq onun doğulduğu şəhər olmadığını deyib. Deyib ki, Bakı həm də orada yaşayan insanlar demək idi və hazırda Bakıda başqa insanlar məskunlaşıb. Ona görə də şəhər onun üçün doğmalığını itirib. Yəni, Bakıda onun arzuladığı qədər erməni yaşamırsa, deməli bu şəhər onun üçün vətən deyil. Elə bunun özü adamın nə qədər satqın, riyakar, mənəviyyatsız biri olduğundan, əslində Bakının onun üçün heç vaxt vətən olmadığından xəbər verir.
Onun məntiqindən belə çıxır ki, əgər məsələn, Ağdamda uzun illər azərbaycanlılar yaşamayıbsa, deməli bu illər ərzində bizim üçün Ağdam vətən olmayıb? Deməli, bu adam üçün vətən anlayışı yoxdur, yalnız yaşayış məskəni, məntəqəsi var. Və belə bir individ Rusiya demokratik müxalifətinin liderliyinə iddialıdır, özü də Qərbdə kifayət qədər ciddi fiqur kimi qəbul edilir, tədbirlərə Rusiya müxalifətinin rəhbərlərindən biri kimi dəvət olunur...
Kasparov sözügedən müsahibəsində Zəngəzur dəhlizi məsələsinə aid suala da cavab verib. O, deyib ki, Ermənistanın bu dəhlizin açılmasının qarşısını ala biləcək gücü yoxdur. Ukraynalı jurnalist Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistanın sülh bağlayacağından, Azərbaycanın iqtisadi imkanlarından, regionu çiçəkləndirə, inkişaf etdirə biləcəyindən, Qarabağdakı erməni vətəndaşlarına yaxşı münasibət göstərəcəyindən, insanların nəhayət, sülh və əminamanlıq içərisində yaşayacağından danışıb.
Kasparov isə bununla razılaşmayıb və hətta bir qədər də irəli gedərək, bunun rusiyalılarla ukraynalıların müharibə nəticəsində heç zaman dost olmayacağı faktı ilə eyniləşdirib. O, bildirib ki, guya iki xalqın yenidən bərabər, mehriban qonşuluğunun əleyhinə deyil. Lakin buna o qədər də inanmır.
Bir sözlə, müsahibənin bir hissəsini anti-Azərbaycan təbliğatı üzərində quran Kasparov növbəti dəfə gerçək simasını və məmləkətimizin “çörəyinin duzunun olmadığını” göstərdi. Ancaq digər tərəfdən, onun Bakını artıq öz vətəni hesab etməməsi hətta kifayət qədər sevindiricidir. Bakı zatən belələrinin vətəni olmamalıdır...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Azərbaycanda çoxlu istedadlı və qabiliyyətli insanlar var . Onları üzə çıxarmaq lazımdır .
Bəli , Kasparovu bu torpaq yetişdirib , bu torpağın oğlu da onu adam edib.
Baxın ətrafınəza nə qədər öz relizasiyasını gözləyən dahilər var …
Eli adı ilə yazana: Sizinlə tamamilə razıyam, ancaq unutmayaq ki, (“Seni seveceyem sen sevmesen de”) bunu kefimiznən etməmişik, yəni Mircəfər Bağırov və ondan sonrakı dövrdə də Respublika rəhbərləri kifayət qədər güclü, Vətəni, Milləti sevən şəxslər olmuşlar. O ki, qaldı çörəyimizin duzu məsələsinə, bəli o bizim Millətdə yoxdur, kimin ağzına dəyibsə əsasən nankor çıxıblar. Götürün Yuli Qusmanı, gizli səsvermədə (KVN-dən gedir söhbət), ermənilərə xal vermişdir. Ona deyəsən, ay NANKOR, sənin atanı rəhmətlik Vəli Axundov özünə şəxsi həkim təyin edibmiş və yaxşı dolanmısız, 2-cisi sənə də əla şərait yaradılmışdı, Bakı KVN klubunun kapitanı, sonrakı dövrlərdə bir neçə beş qəpiyə dəyməyən filmlərə rejissorluğun, 3-cüsü Ulu Öndərin sənə iş tapşırması (Brejnevin gəlişiylə əlaqədar şənlik və s.) və onu yarıtmamağın və s. və i...
Cəlal Məmmədov , Kasparov düz deyir , Bakıda 30- min erməni azdır ,yəqin çox yaxınlarda bütün güc nazirliklərində rəhbər vəzifədə erməni əsillər olandan sonra Bakı öz arzusuna çatacaq ( Vəzifəlilərin siyasını Siz yazacaqsız , yoxsa yazıq Paşik ? )
Səhv etmirəmsə artığ 9 oyundan sonra hesab Karpovun xeyrinə 4:0 idi və kasparovun adamaoxşamaz erməni anası klara şagenovna qarriyə tüpürərək növbəti oyunlara baxmağa gəlmədi və uşağa da aydın idi ki, bu xotuğ qarik uduzub, ancaq sən saydığını say...tez-tələsik demək olar ki, yəhudi-erməni lobbisi bu məsələni necə fırlatdısa oyunu yarımçıq dayandırdılar və sonrası da məlum...Karpova sual edəndə ki, axı qələbə sənin ovcunda idi niyə reallaşdırmadın, onun cavabı bu oldu ki, biz bir çox heç-heçələrə getdik və mən fikirləşdim ki, onsuzda oyunların birində o kiçicik də olsa bir səhv edəcək və mən də 6-cı qələbəni qazanaraq matçı udacam...Nə isə bu qoduğa elə bir şərait yaradılmışdı ki, gəl görəsən, rus aktrisası Neyelovanı da yanına salmışdılar ki, "xotuğbala" darıxmasın...
Biz hemişe başqa milletlere ,xüsusen ermenilere “Seni seveceyem sen sevmesen de” pizmasından yanlış yanaşmışıq.Ancaq bu ermeni onu düz deyir ki biz daha bir yerde yaşaya bilmerik bı gün de Ermenistan ve Qarabağda bu fikirdedirler.Bu gün biz mecburuq ki mövcud siyaseti heyara keçirek ve en doğru yol onların bu torpaqlardan redd olmasıdır
Vaynşteyn-Kasparov 1984-cü ildə final oyununda Anatoli Karpovun amansız pressinqi altında 0:5 hesabı ilə inləyəndə, onu Moskva elitası həqarətlə ikibaşlı "долгоиграющий проигрыватель" adlandıranda, yardımına parapsixoloq Tofiq Dadaşov çağırılanda, şahmatla məşğul olması üçün Bakıda, Zuğulbada, Qaxda, Zaqatalada və Qubada ideal şərait yaradılanda, tələbəsi olduğu Azərbaycan Xarici Dillər İnstitutunda “oxuyanda”, 1985-ci ildə Karpovu faktik olaraq qazandığı qələbələrdən məhrum edərək sıfırdan oynmağa məcbur edəndə Bakı yaxşı şəhər idi, lakin 1990-cı ildə Vaynşteyn-Kasparov Bakıdan gedəndən sonra bu şəhər onun nəzərində öz dəyərini itirdi. Təəccüblü deyil. Vətəni öz övladından başqası heç kəs sevə bilməz, onun uğrunda öz həyatını qurban verməz. Abbas Səhhət yaxşı buyurub:
“Vətənin neməti nisyan olmaz,/ Naxələflər ona qurban olmaz.” Kasparov kimilər təhlükə anında gəmidən ilk qaçan siçan xislətlidirlər. Belələrinə cüzi dəyişikliklə V. Mayakovskinin məşhur misrası ilə cavab yaraşır: "К любым чертям с матерями катись любая мышь."
kasparovun doğmaca əmisi oğlu, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü olmuş Timur Vaynşteyn, hazırda Moskvada Televiziya sahəsində mühüm postda çalışır və daim Bakı və Bakılılar, ümumiyyətlə Azərbaycan haqqında xoş sözlər deyir...burası da var ki, onun anası Bəyaz xanım Vəzirova, mərhum Əbdürəhman Vəzirovun bacısıdır...
Günah kasparov kimi əbləhdə deyil, günah özümüzdədir, o heç çempion da olmamalı idi, belə ki, hesab Karpovun xeyrinə 4:0 olanda Bakıdan təcili Tofiq Dadaşov Moskvaya aparıldı və kasparov kimi bir şərəfsizə hər cürə köməklik göstərildi. Həmin çempionatda hər bir detal Kasparovun qələbəsi üçün uyğunlaşdırılmışdı. Belə ki, bu dəfə kim 6 qələbə qazanarsa çempion da o olasıydı, heç-heçələr nəzərə alınmırdı. Əvvəlki çempionatlarda isə cəmi 24 oyun nəzərdə tutulurdu ki, namizədə 12.5 xal, çempiona isə 12 xal bəs edirdi, yəni çempionluğunu saxlayırdı, heç-heçələrdə də hərəyə 0.5 xal hesablanırdı. Ümumilikdə məncə 46 və ya 48 oyun oynanıldı və hesab 5:3 Karpovun hesabına olarkən dayandırıldı və ona qarşı hər cürə təzyiqlər aparıldı, yəni mətbuatda, Şahmat Federasiyasında və s...Yəni reqlament kasparovun xeyrinə dəyişdirildi və sonradan yəni 7-8 ay sonra oyun davam etdiriləndə Karpov ona olan təzyiqlərdən çox sarsılmışdı və nəticə etibari ilə o uduzduruldu...Bu məsələlərdə bizim Respublika rəhbərliyinin də böyük rolu oldu, belə ki, kasparovun guya bizimki olması kimi ona köməklik göstərildi, ancaq necə deyərlər HAYIF...ƏFSUS...Bir məsələni də qeyd etmək istərdim, ermənistandan həmin dövr bir Azərbaycanlıya elə bir köməklik göstərilərdimi??? Əlbəttə ki, YOX...
Sahil Babayev də Kasparovun xalası oğludur.erməni ermənidir.Onların hamısızamanı gələndə nankor olur.