“Ukraynanın malik olduğu vasitələrlə özünün tam suverenliyini bərpa etməsi sual altında qalır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Avropa İttifaqının Hərbi məsələlər komitəsinin başçısı, general Robert Briger “Die Welt” nəşrinə açıqlamasında bildirib.
General deyib ki, Ukrayna qoşunlarının Rusiyanın müdafiə xətlərini yara biləcəyinə dair iddialara ehtiyatla yanşır.
Briger qeyd edib ki, Ukrayna ordusunun məhdud sayda hücum briqadaları var. Rusiya ordusu isə son aylar ərzində dərin və güclü müdafiə xətləri qurmağa nail olub: “İstərdik ki, müharibə Ukraynanın hərbi uğuru ilə yekunlaşsın. Lakin belə bir proqnoz vermək mümkün deyil”.
General vurğulayıb ki, Ukraynadan fərqli olaraq, Rusiyanın uzun müddət müharibəni davam etdirmək üçün hərbi potensialı və canlı qüvvə resursları var.
“AzPolitika.info”


Şərhlər