“Nikol Paşinyanın yaxın zamanlarda bir neçə naziri vəzifəsindən azad edəcəyi barədə məlumatlar dolaşır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yazıb.
Xəbrdə hökumətin bir neçə üzvünün oktyabrda istefaya göndəriləcəyi, lakin hələlik onların adlarının gizlin saxlandığı qeyd olunur. İstefaya göndəriləcək şəxslərin arasında Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın adı xüsusi çəkilir. Belə ki, Paşinyan Sünik bölgəsinə səfəri zamanı bu nazirin işindən narazılığını ifadə edib.
Bununla yanaşı, Paşinyanın tez-tez fikrini dəyişmək kimi xasiyyətinin olduğunu xatırladan “Hraparak” yazır ki, hökumətdə dəyişikliklər olmaya da bilər.
“AzPolitika.info”


Şərhlər