Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.
Bu barədə DSX-dən məlumat verilib.
Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
***
Qarabağda ləğv edilmiş qondarma, separatçı rejimin Azərbaycan Respublikasına qarşı müxtəlif ağır cinayətlər törətmiş nümayəndələrinin həbsi davam etdirilir.
“AzPolitika.info” xəbər verir ki, bu gün qondarma rejimin "təhlükəsizlik şurasının" keçmiş sədri Arşavir Qaramyan "Laçın" nəzarət-buraxılış məntəqəsində saxlanılıb. O, müxtəlif illərdə qanunsuz rejimin "təhlükəsizlik xidmətinin" rəhbəri vəzifəsini də tutub. Erməni mediasının yaydığı xəbərə görə, o, digər qaçqınlarla bərabər Qarabağdan çıxmağa cəhd edərkən saxlanılıb.

Arşavir Qaramyan
Qeyd edək ki, Arşavir Surenoviç Qaramyan 22 iyul 1965-ci ildə Xocalı rayonunun Qarabulaq kəndində anadan olub. 1984-1987-ci illərdə SSRİ Hərbi Dəniz Qüvvələrində (Sakit Okean) xidmət edib. 1988-1989-cu illərdə tələbə hərəkatında fəal iştirak edib.
1989-cu ildə İrəvan İnstitutunun Mühasibat-iqtisad fakültəsinin qiyabi şöbəsinə keçib, sonra doğma kəndinə qayıdıb və 1991-ci ilə qədər Qarabulaq kolxozunda baş iqtisadçı vəzifəsində çalışıb.
Qarabağ müharibəsində fəal iştirak edib. 1990-cı ildə Qarabulaqda “Arşo batalyonu” kimi tanınan könüllü dəstə yaradıb. 8 nəfərlik bölmə əsasən ov tüfəngləri və əldəqayırma silahlarla silahlanmışdı. “İşin mahiyyəti” Amaras vadisində və Daşaltı kəndi yaxınlığında döyüş növbəsini yerinə yetirmək idi. 1991-ci ilin dekabrında dəstə Amaras monastırının yaxınlığındakı Divanalılar kəndinə hücumda iştirak edib və tədricən döyüşçülər toplamağa başlayıb.
![]()
1992-ci ilin yanvar-sentyabr aylarında Qarabulaq və ətraf kəndlərin ayrı-ayrı rotaları əsasında yaradılmış taqım komandiri, 1992-1996-cı illərdə isə müdafiə ordusunun Əsgəran müdafiə rayonunun 35-ci motoatıcı batalyonunun (MOA) komandiri olub.
Şuşaya hücumdan sonra Qaramyanın batalyonu Zarıslı kəndi yaxınlığında və Laçın istiqamətində əlverişli mövqelər tutub. Mayın 17-dək Jirayr Sefelyanın dəstəsini və Daşaltı rotasını əvəz edən Qaramyanın bölməsi Zarıslının mövqelərində qalır. Mayın 17-də yeni tapşırıq gəlir - Turşsu yaxınlığındakı “Teleqüllə” kimi tanınan yüksəkliyi ələ keçirmək və erməni qoşunlarının Laçına doğru daha da irəliləməsi üçün dəhliz açmaq.
Arşavir Qaramyan 1991-1994-cü illərdə Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Füzuli rayonları uğrunda müdafiə və hücum döyüşlərində iştirak edib. 1996-1997-ci illərdə “dqr” Şuşa rayon icra başçısı vəzifəsində işləyib.
1997-1999-cu illərdə “dqr” Əsgəran müdafiə ordusunun komandiri, 1999-2000-ci illərdə “dqr” daxili işlər nazirinin müavini, 2000-2004-cü illərdə daxili işlər nazirinin birinci müavini vəzifələrində çalışıb. 2004-2007-ci illərdə - “dqr” polis rəisinin birinci müavini, 2007-ci il oktyabrın 1-də “dqr” polis idarəsinin rəisi təyin edilib.
2007-ci il dekabrın 19-da “dqr” Milli Məclisinin qərarı ilə o, 2013-cü il dekabrın 26-da isə yenidən “dqr”in baş prokuroru vəzifəsinə təyin edilib. 2014-cü il oktyabrın 29-da “dqr” prezidentinin fərmanı ilə o, “dqr” Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. 2018-ci ilin iyununda “dqr” prezidentinin fərmanı ilə o, “dqr” prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. 2019-cu il iyunun 26-da “dqr” prezidentinin fərmanı ilə o, “dqr” Təhlükəsizlik Şurasının katibi təyin edilib.
2020-ci il mayın 18-də “dqr” prezidenti Bako Saakyan öz bəyanatına uyğun olaraq Arşavir Qaramyanın “dqr” Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
![]()
Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub.
Bu gün həmçinin separatçıların “ordusunun” keçmiş komandanı, general-leytenant Lyova Mnatsakanyanın da saxlanılması haqda xəbər yayılıb.

Lyova Mnatsakanyan
Hər iki şəxsin Bakıya gətirildiyi bildirilir.
Qeyd edək ki, Ltova Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Xankəndidə anadan olub. 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Belarus Hərbi Dairəsi) xidmət edib.
1989-cu ildə İrəvan Politexnik İnstitutunu bitirib.
1992-1994-cü illərdə motoatıcı bölmənin komandirinin müavini, hərbi hissənin artilleriya batalyonunun komandiri, artilleriya rəisi və artilleriya briqadasının komandiri vəzifələrini tutaraq, döyüş əməliyyatlarında iştirak edib.
2003-cü ildə ona general-mayor hərbi rütbəsi verilib. 2005-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

2005-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib, bundan sonra DQR Müdafiə Ordusu komandirinin müavini (2005-2007), DQR Müdafiə Baş Qərargah rəisi vəzifələrində çalışıb. Ordu komandirin ikinci müavini (2007-2012) olub.
2012-2015-ci illərdə - Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini kimi çalışıb.
3 sentyabr 2014-cü ildə ona general-leytenant hərbi rütbəsi verilib.
2015-ci il iyunun 15-də qondarma rejimin “müdafiə naziri” – “Müdafiə ordusunun” komandanı təyin edilib.
“AzPolitika.info”

Şərhlər
Fikirləşirsən, son iki yüz ili demirem hələ, yaxın tariximizin son 35 ilində ermənilərin dırnaqarası millet qəhramanlarının öz xalqının və Azərbaycanın başına gətirdikləri bunca fəlakətlər, məhrumiyyətlər, dağıntılar və ən əsası da ölümlərə dəyərdimi. Dəyərdimi bunca düşmənçiliyə.Ona görə də erməni xalqında (təbii, əgər onlara xalq demək mümükündürse) azacıq da olsa ağıl qalıbsa əgər, bütün bunlardan sorumlu olan separatçıları kendiləri tutub daş-qalaq edərdilər demirəm, onları diri-diri yandırardılar. Yox ki, Azərbaycan onların əvəzinə o şərəfsizləri tutub, onlara zaman xərcləyib mühakimə edərdi. Amma buna da dəyməz. Çünki, tarixdən də görünür ki, ermənilər dəfələrlə əzilsələr də ağıllanmazlar. Biz Ermənistanda onlarla birgə yaşayanda öz ağsaqqalları deyirdilər ki, biz düzələn millət deyilik. Bizim qanımız allahdan elə murdarlanıb ki, o qan müyyən vaxt keçəndən sonra axıdılmasa biz dayana bilmirik. Mütləq qanımızın axıdılması üçün nə isə etməliyik. Nə yazıq ki, o qan axıdılanda onu axıdanların da, yəni biz Türkləriun də qanı axıdılır. Ona görə də, indən sonra nə qədər üzdə xoş görsənsələr də, ermənilərə güvənməməliyik. Gələcəkdə yaşadıqları bölgələrdə vəzifələrdə birinci şəxs etməməliyik. Qadınlarına qızlarına üz verməməliyik, ən əsası da məmurlarımız onları özlərinə katibə etməməlidirlər. Yəni qısacası dəmir yumuruğu başlarının üzərində daima tutmalıyıq. Çünki, bizim ermənilərə güvən limitimiz bitib artıq.
En boyuk hakim Sensen ALLAHIM