“19 sentyabr əməliyyatlarının siyasi, diplomatik, kəşfiyyat və hərbi hazırlığı o qədər yüksək idi ki, antiterror tədbirləri cəmi 23 saat 48 dəqiqə çəkdi”.

“AzPolitika.info” xəbər verir ki, bunu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Pressklub TV” onlayn internet kanalına müsahibəsində bildirib.

S.Əkbər xatırladıb ki, əməliyyatların gedişində ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycana zəng edərək, Bakının tələblərini öyrənib və qarşı tərəfə çatdırıb. Bundan sonra onlar təslim oldular: “Soradan rusları dövriyyəyə soxdular. Yəni icraya yönəlik işləri, obrazlı desək, işin “qara hissəsini” Rusiyaya həvalə etdilər. Belə desək, “Seyid Əhməd” rolunu ruslar oynayıb, erməni xalqının nifrəti də onlara doğru istiqamətlənib. Bu əslində yüksək siyasi, diplomatik bacarıq tələb edir”.

S.Əkbər vurğulayıb ki, beləliklə, ilk növbədə Azərbaycan, Türkiyə, daha sonra ABŞ, Avropa Birliyi istədiyinə nail oldular. “Rusiyaya gəldikdə, bu prosesdən maksimum az itki ilə, sifətini qorumaqla çıxmağa çalışır. Azərbaycan da buna şərait yaradır. Məsələn, artıq sülhməramlıların ölkədə qalıb-qalmayacağı Azərbaycandan asılıdır, amma Bakı onların təcili çıxarılması məsələsini qaldırmır. Şərait yaradılacaq ki, Rusiya özü bu təşəbbüslə çıxış edləsin...”

Müsahibəni bu linkdən istifadə etməklə izləyə bilərsiniz:  (https://www.youtube.com/watch?v=oSVoH2usXvI&t=23s)

“AzPolitika.info”