KEÇMİŞ XİN BAŞÇISINDAN 20 İL SONRA ETİRAF - “Kasprşikdən xahiş edirdim ki...” + FOTOLAR (MÜSAHİBƏ)
Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev “Report”-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Vilayət müəllim, tərcümeyi-halınız belə təəssürat yaradır ki, sizinlə hər şeydən danışa bilərik. Amma gəlin, söhbətə elə hazırkı fəaliyyətinizdən başlayaq. Bir ildən çoxdur ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirisiniz. Bundan əvvəl 11 il Macarıstanda çalışmısınız. Hazırkı fəaliyyət yerinizə öyrəşmisinizmi? Oradakı sosial-iqtisadi və siyasi mühiti necə qiymətləndirirsiniz?
- Bilirsiniz, diplomatiya və beynəlxalq əlaqələr sahəsində çalışanları müasir dövrün mədəni köçərilərinə bənzətmək olar. Tezliklə Bakıdan çıxmağımın 20 ili tamam olacaq. 20 ildə üçüncü dəfə ölkə dəyişirəm. Düzü, əvvəlki illərin təcrübəsi zəminində yeni şəraitə uyğunlaşmaq mənim üçün o qədər də çətin deyil. Başa düşürəm ki, işimin xarakteri bunu tələb edir. Məruz qaldığım diskomfort da, yad mühitə uyğunlaşmaq çətinliyi də öz seçimimdir. Bir də hər şey müqayisədə bilinir. Qardaş Türkiyənin diplomatları ilə müqayisədə bizim çətinliklərimiz hələ çoxdur. Məsələn, Türkiyə səfiri yeni təyin olunduğu ölkəyə gələndə aşpazı, ofisiantı, xidmətçisi, bağbanı, qapıçısı yerində olan hazır, düzənli iqamətgahda yaşamağa başlayır. Bizdə isə bunların heç biri yoxdur. Ən böyük çətinlik də yad şəhərdə iqamətgah binası axtarmaqdan başlayır. Doğrusu, dəbdəbə düşkünü deyiləm. Amma unutmaq olmaz ki, səfirin iqamətgahı üzərində ölkəsinin bayrağı dalğalanır. Yəni onun yaşadığı yer həm də təmsil etdiyi dövlətin ünvanı, pasportudur. Eyni sözləri səfirlik binası haqda da demək olar. Bəzi çətinliklərlə üzləşməli olsaq da, artıq bu işlərin hamısı yoluna düşüb. İndi işləmək üçün ehtiyac duyulan hər şey var. Yalnız işləmək lazımdır.
Sosial-iqtisadi şəraitə gəldikdə, Bosniya və Herseqovina Avropanın kasıb ölkələri sırasındadır. Lakin hər şeyə rəğmən, müəyyən inkişaf var. Artıq Avropa Birliyi üzvlüyünə namizəddir. Siyasi həyat isə burada həmişə gur və hərəkətlidir. Bosniya və Herseqovina iki entitetdən - Boşnak-Xorvat Federasiyasından və Serb Respublikasından (SR) ibarətdir. Birinci qurum daha çox Qərbə və ABŞ-yə meyillidir, serblərin lideri Milorad Dodik isə rusiyapərəstdir, özünü Vladimir Putinin yaxın dostlarından sayır. Tez-tez Bosniya və Herseqovinanın mövcudluğunun qarantı sayılan 1995-ci il Deyton anlaşmasının vaxtının bitdiyini elan edir. Onun sonuncu səs-küylü bəyanatı isə Serb Respublikasının bütün giriş-çıxışlarında sərhəd keçid məntəqələri yaratmaqla bağlı idi. Praktiki cəhətdən bu, qeyri-mümkündür, amma növbəti siyasi fırtına yaratmaq üçün yetərlidir
- Bəs Bosniya və Herseqovinadakı dövlət rəsmilərinin, siyasi nümayəndələrin, deputatların səfirliyimizlə münasibətləri necədir?
- Tam normaldır. Ancaq bu xoş münasibət yalnız səfirliyin qısamüddətli fəaliyyətinin nəticəsi deyil. Bosniya və Herseqovinada ölkəmizə böyük rəğbətlə yanaşırlar. Təbii ki, bu mənada serb və xorvatlarla müqayisədə boşnaklar xüsusi istisna təşkil edir. Onlar Türkiyə Cümhuriyyətindən sonra Azərbaycana ikinci ümid yeri kimi baxdıqlarını açıq şəkildə etiraf edirlər. Artıq tarixə çevrilməkdə olan COVID pandemiyası zamanı Bosniya və Herseqovinaya ən çox yardım göstərən ölkələrdən biri də Azərbaycan olmuşdu. Eləcə də bir neçə il əvvəl baş verən sel fəlakəti zamanı ölkəmiz öz kömək əlini uzatmışdı. İnsanlar, xüsusilə dövlət rəsmiləri, millət vəkilləri bunu bilir və minnətdarlıq hissi ilə xatırlayırlar.
Bu il mayın 10-da “Heydər Əliyev ili” çərçivəsində səfirliyimizin həyətində Ümumilli Liderin büstünü ucaltdıq. Onun açılış mərasiminə Bosniya və Herseqovina Rəyasət Heyətinin hər üç sədrinin adminstrasiya rəhbərləri, federal səviyyəli hökumət və parlament üzvləri gəlmişdilər. Bu, Heydər Əliyev şəxsiyyətinə və Azərbaycana olan hörmət və ehtiramın təzahürü idi. Xüsusilə 44 günlük müharibədə xalqımızın qazandığı tarixi qələbədən sonra bizə münasibət kökündən dəyişib. Hətta ölkəmizin adını eşidəndə yumruğunu havaya qaldırıb “Qarabağ Azərbaycandır!” deyə qışqıranlar da olur.
- Bu sevgi fonunda səfirliyimizin indiyə qədər heç bir təhlükəsizlik problemi ilə üzləşmədiyini deyə bilərikmi? Ümumiyyətlə, Bosniya və Herseqovinada diplomatik nümayəndəliklərin təhlükəsizliyi istiqamətində görülən işlər sizi qane edirmi?
- 1992-1995-ci ildə müharibənin dəhşətlərini yaşasa da, Bosniya və Herseqovina sakit ölkədir. İndiyə qədər təhlükəsizlik baxımından heç bir problemlə üzləşməmişik. Digər tərəfdən, bir neçə ölkədəki səfirliklərimizi çıxmaq şərti ilə diplomatik missiyalarımızın əksəriyyəti təhlükəsizliklə bağlı məsələləri özləri həll edirlər. Yerli polis idarələri, patrul xidməti ilə müqavilə bağlayırıq. Daxili təhlükəsizlik tədbirlərinə mühüm diqqət yetiririk. Bu tədbirlər bir neçə mərhələni əhatə edir. Həyət qapısı, binanın giriş qapısı, mərtəbələrin və otaqların qapısı – hamısı kodlaşdırılıb. Yeri gəlmişkən, Bosniya və Herseqovina erməni icmasının mövcud olmadığı azsaylı Avropa ölkələrindəndir. Amma aydın məsələdir ki, bu, arxayınlıq üçün əsas verməməlidir. İstənilən cinayəti üçüncü tərəf vasitəsi ilə də törətmək mümkündür. Diplomatlar, diplomatik missiyaların nümayəndələri terror aktları baxımından tez-tez hədəf seçilən şəxslər və obyektlərdir. Ona görə ehtiyatı bir an da olsun əldən vermək olmaz. Son vaxtlar Azərbaycan Xarici İşlər Nazirliyi də səfirlik və nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.
- Bir az da Azərbaycan-Bosniya və Herseqovina münasibətlərində sizinlə gələn yeniliklərdən danışmağınızı istərdik. Bir illik fəaliyyətiniz dövründə iki ölkə arasındakı münasibətlərdə müsbətə doğru nə kimi dəyişikliklər olub? Əlaqələrin inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür? İkitərəfli əməkdaşlıqda daha hansı yeniliklərə ehtiyac görürsünüz, yəni hansı sahələrdə boşluqlar olduğunu və ölkələrimizin bunu layihələrlə doldura biləcəyini düşünürsünüz?
- Mətbuatdan da məlum olduğu kimi, dövlət başçılarının qarşılıqlı səfərləri həyata keçirilib. Ən əlamətdar hadisə məhz Prezident İlham Əliyevin ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq bu ölkəyə səfərinin həyata keçirilməsidir. Azərbaycan-Bosniya və Herseqovina münasibətləri hələlik təşəkkül mərhələsindədir. Ona görə də qarşılıqlı əməkdaşlıq sahəsində işbirliyi imkanları kifayət qədər genişdir. Məsələn, dövlət başçımızın yüksək səviyyəli səfəri zamanı “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalandı. Bundan başqa, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov iqtisadi əməkdaşlığın genişləndirilməsi və enerji sektorunda əməkdaşlıq barədə Bosniya və Herseqovina rəsmiləri ilə səmərəli müzakirələr apardılar. Bu müzakirələr zamanı gələcək əlaqələrin əsas istiqamətləri, habelə məqsəd və hədəflər müəyyən edilib. Hazırda Bosniya və Herseqovinada biznes sahəsində yalnız bir Azərbaycan şirkəti çalışır, bu da Serbiya və Bosniyada magistral yol, körpü və tunel tikintisini həyata keçirən şirkətdir. Bir tərəfdən ölkənin dağlıq relyefi, o biri tərəfdən isə maliyyə imkanlarının məhdudluğu Bosniyada sürətli nəqliyyat arteriyalarının – hayveylərin tikilməsini çətinləşdirir. Hazırda həmin Azərbaycan şirkəti bu boşluğu dolduran yeganə müəssisədir. Lakin, təəssüf ki, mövcud bürokratik əngəllər şirkətin fəaliyyətini tam şəkildə həyata keçirməsinə imkan vermir.
Bosniya və Herseqovinanın yanacaq-energetika sektorunda Azərbaycanla əməkdaşlığa, xüsusilə ölkəmizdən ixrac olunacaq təbii qaza və yaşıl enerjiyə böyük ehtiyac var. Yanacaq qıtlığı qış aylarında ölkənin böyük şəhərlərində, əsasən də paytaxt Sarayevoda bütün kəskinliyi ilə hiss edilməkdədir. İndiki şəraitdə Azərbaycan qazını həm Trans-Adriatik kəməri vasitəsi ilə Monteneqro üzərindən, həm də Serbiya vasitəsi ilə idxal etmək mümkündür. Azərbaycan hər iki istiqamətdə əməkdaşlığa hazırdır. Hazırda mütəxəssislər səviyyəsində ilkin danışıqlar aparılır.
Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri çərçivəsində ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, turizmin, xüsusilə də müalicə turizminin inkişaf etdirilməsi, tələbə mübadiləsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparıldı. Bosniya biznesmenləri ölkəmizdən yalnız təbii qaz, neft və neft məhsulları deyil, həm də çay, sitrus meyvələri, trikotaj məhsulları, quru meyvə, maşın və avadanlıqlar idxal etməyə maraqlıdırlar. Tikinti və bərpaçılıq sahəsində Azərbaycanın təcrübəsi də bu ölkədə böyük maraqla qarşılanır. Viza məsələlərinin həlli gələcəkdə bu ölkədən ölkəmizə turist axınını da stimullaşdıra bilər.
- Səfirliyimizlə Azərbaycan diasporu arasında koordinasiya məsələsi də bizim üçün maraqlıdır. Əlaqələr mövcuddurmu?
- Əslində, Bosniya və Herseqovinada Azərbaycan diasporu yox səviyyədədir. Sarayevoda yaşayan soydaşlarımızın toplam sayı on nəfərdən artıq olmaz. İki-üç qarışıq nikah əsasında qurulmuş ailə və bir neçə tələbə var. Bu azsaylı kontingentlə əlaqə yaratmışıq. Onlar səfirlik xətti ilə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər. Bosniya və Herseqovinaya Azərbaycan vətəndaşları üçün vizasız giriş mövcud olduğundan son vaxtlar bəzi fırıldaqçılar və işbazlar bu ölkədən tranzit qovşaq kimi istifadə etməyə çalışırlar. Məsələn, adamları İtaliya, yaxud Xorvatiyada yaşayış icazəsi almaq adı ilə Sarayevoya gətirib sonra ortalıqdan yox olurlar. Səfirlik olaraq çətinliyə düşən belə soydaşlarımıza imkan daxilində yardım göstəririk. Amma onların da hər hansı Avropa ölkəsinə vizasız gəlişin bütün Avropanı sərbəst gəzib-dolaşmaq, yaxud seçdikləri ölkədə yaşamaq imkanı vermədiyini bilmələrini istərdik.
- Səfir təyin edilmədən əvvəl beş ilə yaxın müddət ərzində ölkəmizin xarici işlər naziri kimi fəaliyyət göstərmisiniz. Artıq bu fəaliyyətinizdən təxminən 20 il vaxt keçib. Ötən 20 il ərzində Azərbaycanın xarici siyasətində baş verən dəyişiklikləri necə qiymətləndirirsiniz?
- Ötən 20 il ərzində həyatımızın bütün sahələri kimi xarici ölkələrlə qarşılıqlımünasibətlərimiz və beynəlxalq əlaqələrimiz də prinsip etibarı ilə yeni mərhələyə daxil olub. Mən XİN-də çalışdığım dövrdə cəmi 26 ölkədə və beynəlxalq təşkilat yanında Azərbaycan səfirliyi, yaxud nümayəndəliyi fəaliyyət göstərirdi. Diplomatik missiyalarımızın coğrafiyası, əsasən, MDB məkanını, Qərbi Avropanın, Yaxın və Orta Şərqin bizim üçün əhəmiyyətli olan ölkələrini, ABŞ-ni əhatə edirdi. İndi isə dünyanın beş qitəsində, bütün mühüm beynəlxalq təşkilatlar yanında Azərbaycanın 80-dən çox səfirlik və nümayəndiliyi, konsulluqları fəaliyyət göstərir. Təbii ki, bu missiyalarda çalışan əməkdaşların sayı da 2000-ci illərin əvvəli ilə müqayisədə 3-4 dəfə artıb. Yaxud başqa bir göstəricini diqqətə çatdırım; 2003-cü ildə səfirlərin maaşı, dəqiq xatırladığım kimi, 2361 ABŞ dolları idi. İndi isə hətta missiyalarımızda çalışan texniki işçilər bundan çox maaş alırlar.Təbii ki, Xarici İşlər Nazirliyinin də ştat vahidi çoxalıb, maddi-texniki imkanları qat-qat artıb. Səfirliklərimizin əksəriyyəti müasir ofis binaları ilə təmin edilib. Bütün bunlar isə diplomatlarımız qarşısında mühüm və ciddi vəzifələr qoyur. Zəhməti ən yüksək qiymətləndirilənlərin işi və əməyi də buna müvafiq olmalıdır.
İndiki Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil. Xüsusilə onilliklər boyu sürən erməni işğalına qalibiyyətlə son qoyulandan sonra ölkəmizin nüfuzu xeyli artıb. Eyni zamanda bizi istəməyən qüvvələrin fəaliyyəti də genişlənib. Ona görə də diplomatlarımızın üzərinə düşən ən ümdə vəzifə hərbi sahədə qazandığımız uğurları diplomatik müstəvidə möhkəmləndirərək dünya ictimaiyyətinə qəbul etdirməkdir. Əlamətdar haldır ki, bu sahədə yalnız haqq-ədalət deyil, beynəlxalq hüquq prinsipləri də bizim tərəfimizdədir. Amma arxayınlaşmaq olmaz. Mövcud şəraitdə daha çox, daha ardıcıl şəkildə və inadla işləməyə ehtiyac var. 44 günlük müharibə günlərində dövlət başçısı bütün bu işləri, demək olar, təkbaşına görürdü. İndi isə attaşedən, mətbuat katibindən tutmuş səfirə qədər hamının aktiv işinə, əməyinə böyük ehtiyac var.Məşhur ifadədə deyildiyi kimi, diplomatların fəaliyyəti hərbçilər öz işlərini başa vurandan sonra başlanır. Ermənistanı 44 günə kapitulyasiyaya məcbur edən, Qarabağ separatçılarını 23 saatda diz çökdürən Silahlı Qüvvələrimiz öz sözünü deyib. İndi işğalçı dövləti danışıqlar masası arxasında məğlub etmək, həqiqi simalarını bütün dünyaya nümayiş etdirmək lazımdır. Bu isə artıq diplomatiyamızın borcudur. Düşmənə heç bir ölkədə, heç bir beynəlxalq qurumda, heç bir sahədə güzəşt edilməməlidir. Revanş fikrinə düşən erməni siyasətbazlarının, Cənubi Qafqazda sülhə və sabitliyə düşmən kəsilən qüvvələrin və onların havadarlarının əməlləri adekvat qiymətini almalıdır. Eyni zamanda ölkəmizə mümkün qədər çox dost və müttəfiq qazandırmalıyıq.
- Bəli, elə sizin də vurğuladığınız kimi, 20 il əvvəl xarici siyasətimizin qarşısında dayanan əsas məsələ Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, diplomatik yolla Qarabağ münaqişəsinin həllinə nail olmaq idi. Lakin danışıqlar nəticə vermədiyinə görə Azərbaycan Ordusu əraziləri öz gücü ilə işğaldan azad etdi. Sentyabrın 19-da isə 23 saatlıq antiterror tədbirləri ilə suverenlik tam bərpa olundu. Mövcud reallıqlar Azərbaycanın xarici siyasətinin qarşısına qeydlərinizdən başqa daha hansı yenilikləri çıxarıb?
- Qazanılan Zəfərin ən böyük faydasını diplomatlarımızın gördüyünü desəm, yəqin ki, səhv etmərəm. Uğradığımız məğlubiyyətin ağrı-acısını hamıdan çox biz çəkir, tənə və töhmətini biz hiss edirdik. İddialarından yerə-göyə sığmayan erməni diplomatlarını görmək, havadarlarının onların şəninə dedikləri tərifləri eşitmək həqiqi əzab idi. Fəxr edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz bu acınacaqlı vəziyyətə son qoyub torpaqlarımızı düşmən tapdağından azad etdi. Erməni işğalçılarına döyüş meydanında nəyə qadir olduğumuzu göstərdik. Azərbaycan diplomatiyasının ən böyük uğuru olan BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini Silahlı Qüvvələrimiz şücaəti ilə həyata keçirdi. Əvvəlki suala cavabımda burada səslənən məsələlərə toxunduğumdan yalnız onu əlavə etmək istərdim ki,mövcud şəraitdə diplomatiyamızın qarşısında dayanan başlıca vəzifə Ermənistanla sülh danışıqlarını Azərbaycanın təklif etdiyi beş prinsip əsasında qalibiyyətlə başa çatdırmaq, sülhə mane olmaq istəyən qüvvələri neytrallaşdırmaqdır
.
- Bildiyiniz kimi, müharibədən sonra Azərbaycana qarşı təzyiqlər də artıb. Son olaraq Aİ xarici işlər nazirlərinin görüşündə təşkilatın Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Azərbaycan əleyhinə fikirlər səsləndirdi. Halbuki Azərbaycan dəfələrlə Ermənistanla sülhə maraqlı olduğunu və heç bir ərazi iddiasının olmadığını bildirib. Bu reallıqların daha geniş auditoriyaya çatdırılmasında səfirliyimizin fəaliyyəti nədən ibarətdir?
- Bütün bunlar gözlənilən idi. Unutmaq olmaz ki, biz ikili standartların hökm sürdüyü ədalətsiz dünyada yaşayırıq. Otuz ildən bəri Azərbaycan ərazilərinin təxminən 20 faiz ərazisinin işğal edildiyini, vətənində köçkünlük həyatı yaşayan soydaşlarımızın acınacaqlı vəziyyətini görməyənlər indi özləri rahat şəkildə Ermənistana köç edən Qarabağ ermənilərinin "faciə"sindən, Türkiyə və Azərbaycanın Zəngəzurda gözlənilən "ilhaq siyasəti"ndən danışırlar. Bütün bunların ağ yalan olduğunu hamıdan yaxşı özləri bilirlər. Lakin nə etmək olar ki, pulu ödəyənlər məhz belə “musiqi” səsləndirilməsini istəyirlər. Bir vaxtlar keçmiş Fransa prezidenti Valeri Jiskar de Estenin də açıq şəkildə etiraf etdiyi kimi, “Avropa Birliyi bir xristian klubudur”. Ona görə də Fransa kimi dövlətlər insan dramlarına hüquq və humanizm müstəvisindən deyil, dini mənsubluq prizmasından baxmağı daha məqbul sayırlar.
Erməni mətbuatında, demək olar ki, hər gün müxtəlif xarici “ekspertlər” tezliklə Azərbaycanın Zəngəzur dəhlizi üçün Ermənistanla müharibəyə başlayacağı haqda əcaib “proqnozlar” verirlər. Bundan daha axmaq, mənasız “peyğəmbərliyi” təsəvvürə gətirmək mümkün deyil. Əgər işğal altındakı torpaqlar azad edilibsə, üstəlik də İran ərazisindən blokada şəraitindəki Naxçıvana yol çəkilirsə, nə üçün rəsmi səviyyədə ərazi bütünlüyünü tanıdığımız Ermənistana hücum etməliyik? Hansı məntiqlə regionda yeni müharibə ocağı alovlandırmalıyıq? Təbii ki, ölkəmiz bunu heç zaman etməz. Amma hər vasitə ilə Azərbaycanın “təcavüzkar” imicini yaratmaq istəyənlər üçün belə gülünc yalanlar uydurmaq heç bir çətinlik törətmir.
Biz Bosniya və Herseqovinada bir neçə dildə xəbərlər paylaşan Anadolu Agentliyinin Balkan bürosu və ölkənin başlıca informasiya yayıcısı olan FENA agentliyi, çoxsaylı saytlar, TV proqramları ilə sıx əlaqə saxlayırıq. Azərbaycanın haqlı mövqeyini və regionumuzda baş verən hadisələrin gerçək mahiyyətini yerli ictimaiyyətə çatdırmağa çalışırıq.
- Yazılarınızdan birində qeyd etmisiniz ki, 1991-ci ildə Şuşaya səfər etmisiniz və ora sizə taleyin ümidinə buraxılmış bir şəhər təsiri bağışlayıb. Müharibədən sonra Şuşanı, bütövlükdə işğaldan azad edilən əraziləri ziyarət etmək imkanınız olubmu? Baş verən proseslər sizdə hansı yeni hissləri oyadıb?
- Şuşanın işğalından bir il əvvəl orada olmuşdum. Həqiqətən də, ətrafda əsl xaos hökm sürürdü. Heç kəs digərinin sözünə, xahişinə əhəmiyyət vermirdi. Şəhəri erməni işğalından qoruyan sadəcə təbii istehkam olması idi. Amma anarxiya və sahibsizlik günün birində dəhşətli fəlakətə gətirib çıxara bilərdi və çox təəssüf ki, belə də oldu. 1992-ci il mayın 8-də taleyin ümidinə buraxılmış Şuşa düşmən əlinə keçdi. 28 il 5 ay Şuşasız yaşadıq. Şükürlər olsun ki, bəzən insana sonsuz görünən bu intizarın da sonu çatdı. Azad Şuşaya ilk dəfə 2021-ci il avqustun sonunda, Vaqif məqbərəsinin bərpadan sonrakı açılışında iştirak etmək üçün getmişdim. Sonra daha üç dəfə yolum düşdü. Hər dəfə də Şuşada görülən işlərin miqyası, əzəməti məni xoş bir şəkildə heyrətləndirdi.
Sizə bir sirr açım. Nazir işlədiyim dövrdə ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri ilə birlikdə yolu işğal altındakı Qarabağa düşən ATƏT sədrinin şəxsi nümayəndəsi, polyak diplomatı Ancey Kasprşikdən xahiş edirdim ki, Şuşadan bacardığı qədər çoxlu fotoşəkillər çəkib gətirsin. Bir az qəribə görünsə də, cənnət şəhərimizi xarabalıqlar içində görəndə sevinirdim. Fikirləşirdim ki, düşmən özünün olmadığını, həqiqi sahiblərinin günün birində qayıdacaqlarını bildiyi üçün Şuşanı yenidən tikib-qurmaq istəmir.
İndi isə Şuşanın, işğal altındakı əksər şəhər, kənd və qəsəbələrimizin siması günü-gündən dəyişir, gözəlləşir. Çünki Vətən torpağının həqiqi sahibləri qayıdıblar. Bu yay Şuşada olmuş bir nəfər boşnak jurnalist mənə danışırdı ki, orada gördüyü yenicə istifadəyə verilmiş “Mariott” otelinə heç bir Avropa paytaxtında təsadüf etməyib.
Əlbəttə, hamı kimi mən də sevinirəm, qürur duyuram. Bütün varlığımla inanıram ki, əfsanəvi Səməndər quşu kimi küllər içərisindən dirçəldilən şəhər və kəndlərimizə, Molla Pənah Vaqifin məşhur sözləri ilə desəm, “Külli həyatı nərmənazik bayatı olan Qarabağımıza” bir də heç zaman düşmən ayağı dəyməyəcəyik. Çünki şəhid qanları ilə alınan bu yerlərin qədir-qiymətini indi əvvəlkindən yüz dəfə, min dəfə artıq bilirik.
- Poetik misralarınız məni filoloji fəaliyyətinizdən də söz açmağa sövq edir. Məlumdur ki, siz siyasi, diplomatik fəaliyyətinizlə yanaşı, elmi fəaliyyətlə də məşğulsunuz, hətta diplomatiyaya elmdən gəlmisiniz, filologiya elmləri doktorusunuz. Bu işləri bir yerdə görmək çətin deyil ki?
- Bəli, diplomatiyaya elmdən gəlmişəm. Nazir təyin olunanda artıq doqquz ilə yaxın idi ki, elmlər doktoru alimlik dərəcəsi almışdım. Milli Məclisin üzvü olmaqla bir sırada Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi idim. Təbii ki, nazir olduğum dövrdə istəsəm də, elmi fəaliyyətə vaxt və enerji ayırmaq mümkün deyildi. Prezident Heydər Əliyev də dövlət xidmətinə elm sahəsindən gələnlərdən məhsuldar alim olmağı deyil, xidməti vəzifəsini layiqincə yerinə yetirməyi tələb edirdi. Bir də ki, istənilən yaradıcılıq sahəsi tutqudur, vurğunluqdur. Əgər bu tutqu, vurğunluq varsa, istənilən şəraitdə, istənilən vəzifə və mövqedə kitab yazmaq, rəsm əsəri yaratmaq, musiqi bəstələmək, elmi araşdırma aparmaq mümkündür. Mən elmi araşdırmalardan, yazmaqdan böyük zövq alıram. Amma dövlət qulluqçusu olduğumu, məsul işdə çalışdığımı da heç vaxt unutmuram. Məqalə və kitablarım iş vaxtının deyil, gecə əməyinin, istirahət günləri və bayramların bəhrəsidir.
- Media orqanlarından birində vaxtaşırı yazılarınız yayımlanır. Mövzular da, adətən, tarixi hadisələr, şəxsiyyətlər və onlarla harmoniya təşkil edəcək tərzdə əks olunmuş siyasi düşüncələrdən ibarətdir. Hətta tədqiqatlarınız da Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə kimi şəxsiyyətlərlə bağlıdır. Amma siz həm də tənqidçi və ədəbiyyatşünassınız. Yazırlarınızda bu istiqamətə çox meyil etməməyinizin səbəbi nədir? Tarix və tədqiqat sizə tənqidin verə bilmədiyi nələri qazandırıb?
- Adlarını çəkdiyiniz şəxsiyyətlərin ideyaları və irsləri artıq tarixin sınağından çıxıb. Digər tərəfdən, 70 illik sovet hakimiyyəti dövründə onların adı, əsərləri daim qadağa altında olub, xalqdan gizlədilib. Bu mənada tariximizin, mədəniyyətimizin, ictimai-siyasi fikrimizin “gizli” nümayəndələrini öyrənmək, müasir oxucuya təqdim etmək, fikrimcə, milli yaddaşımızda müəyyən boşluqları doldurmaqdır. Doğrusu, ədəbi tənqiddən çoxdan uzaqlaşmışam. Tənqidçi kimi məni maraqlandıran, düşündürən əsər az yaranır. “Növbətçi” yazılar çap etdirməyi isə xoşlamıram. Həm də tənqid bizim şəraitdə dar bir dairənin maraqlarına xidmət edir. Klassik şəxsiyyətlərin, onların ədəbi-bədii, elmi-ictimai irsinin tədqiqi və təqdimi isə daha lazımlı və geniş auditoriyaya malik sahədir. Özüm də hiss edirəm ki, son illərdə ədəbiyyatçı-filoloqdan çox tarixçi kimi çıxış edirəm. Bu mövqe dəyişikliyindən başlıca məqsəd XIX-XX əsr ictimai-siyasi fikir tariximizdə bu günün tələbləri və prinsipləri baxımından öyrənilməyə layiq hadisə və şəxsiyyətlərin çox olmasıdır. Bir qədər təvazökarlıqdan uzaq səslənsə də, xalqı gerçək, qürur duyulmalı tarixi ilə tanış etmək istəyidir.
- Bosniya və Herseqovinada ictimaiyyət sizin tədqiqatlarınızdan xəbərdardırmı? Əsərlərinizi o ölkənin dillərindən birinə tərcümə etdirirsinizmi? Məsələn, son kitabınız olan “Bəkir Çobanzadə: Budapeşt illəri” Sarayevoda, eləcə də Budapeştdə yayımlanacaqmı? Ümumiyyətlə, orada Azərbaycan tarixinin və ədəbiyyatının təbliğatı aparılırmı?
- Bosniya və Herseqovina ədəbi-elmi ictimaiyyətinin yazdıqlarımdan xəbərdar olub-olmaması ilə bağlı dəqiq məlumatım yoxdur. Amma Sarayevoda görüşdüyüm bir neçə türkoloq məni yalnız səfir deyil, həm də türkoloji araşdırmalarla məşğul olan mütəxəssis kimi tanıyır. Təbii ki, ölkəmizdən min kilometrlərlə uzaqda bunu eşitmək çox xoşdur. Bəkir Çobanzadə haqqındakı kitabıma gəldikdə isə onun macar və türk dillərində nəşrləri hazırlanır. Çünki Krım türklərinin böyük oğlu bu ölkələrlə də Azərbaycan qədər bağlı olmuşdu. Amma Bosniya və Herseqovinada kimsə həmin kitabı yerli dilə tərcümə etmək fikrinə düşsə, buna görə yalnız minnətdar ola bilərəm.
Akademik Ziya Bünyadovun fundamental əsərlərindən biri – “Azərbaycan VII-IX əsrlərdə” kitabı serb (eyni məntiqlə boşnak və xorvat da demək mümkündür. Çünki bir kökdən olan bu dillər arasında yalnız ləhcə fərqləri mövcuddur) dilinə tərcümə edilib. Eləcə də Nəsiminin, Rəsul Rzanın, Anarın əsərləri...
Hazırda isə xalq yazıçısı Afaq Məsudun “Qarabağın incisi Şuşa” kitabı çap mərhələsindədir. Zəngin illüstrasiyalarla bəzədilmiş nəşr Şuşanın tarixi, təbii gözəllikləri, memarlıq abidələri, yetirdiyi görkəmli şəxsiyyətlər haqda sadə, anlaşıqlı, cəlbedici bir şəkildə söhbət açır.
Başqa planlarımız da var. Amma onlar barəsində indi yox, reallığa, ədəbi həyat faktına çevriləndən sonra danışsaq, daha yaxşı olar…
- Cənab səfir, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm!
- Müsahibəyə və maraqlı suallara görə mən təşəkkür edirəm. Sizə və əməkdaşı olduğunuz "Report" İnformasiya Agentliyinə uğurlar arzulayıram!
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
ceyhun bayramov xarici işlər nazirliyini şirkətin menceri kimi idarə edir, əməkdaşları isə özlərini kassir, satış müdiri, fəhlə sair kimi aparırlar. kadlrarın rəisi də satış müdirinə bənzəyir, yəni istənilən ştatı alır da, satır da, inspeksiya da ağzına su alıb susur...