İMERETİ ŞƏHƏRİ

İlhami CƏFƏRSOY

Türkiyə ilə Gürcüstan arasında İmir adlı Türk xalqı yaşayırdı. Onların yadigarı kimi İmereti şəhəri və İmerxev kəndi qalmaqdadır. 1747-ci ildə tərtib edilən bir vergi dəftərində göstərilir ki, Gürcüstanın Baydar nahiyəsində İmirli adlı kənd vardır. İmereti İmir xalqının yurdu deməkdir.

İmirlərin bir oymağı da xanlıq dövründə Qarabağda yaşaylrdı. Onların yadigarı kimi Şuşanın Aşağı Quşçu kəndində İmirli qışlağı toponimi vardır. İmirlərin bir oymağı Şimali Qafqazda noqaylar arasında, bir oymağı Volqa boyunda başqurdlar arasında yaşayırdı. Türkiyənin böyük təriqət şairi Yunus özünə İmrə təxəllüsü götürmüşdü. Onun şeirləri indiyədək xalq ozanları tərəfindən sevilə-sevilə oxunur:

Yeri, yeri yalan dünya,
Yalan dünya deyilmisən?
Yeddi yol boşalıb yenə
Dolan dünya deyilmisən?

İşin yoxdu bir mərd ilə,
Tutuşdum mən bu dərd ilə.
Qiyamətə bir qurd ilə
Qalan dünya deyilmisən?

Yunus İmrə, sür səfanı,
Sür səfanı, çək cəfanı.
O Məhəmməd Mustafanı

Alan dünya deyilmisən?

İmirlərin çoxu İslam dinini qəbul etmiş, Türk və müsəlman olaraq qalmışdır. Az bir hissəsi xristianlaşsa da, tamamilə gürcüləşməmişdir. Dillərində XX əsrin əvvəllərinədək yüzlərlə Türk sözləri qalmaqda idi. 

Akademik Marr 1910-cu ildə onların şəhər və kəndlərini gəzmiş, görmüşdü ki, bəkməzə pekmez, qovurmaya kaurma, aşa pilav, elçiyə elçi, toya dügün, kəfənə bez, anaya ana, ataya baba, evə konax deyirlər. Biz elmi əsərlər yazıb onların bizə qohumluğunu sübuta yetirməli, Turan yolu üstündə bir körpü də salmalıyıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar