Menu

"Ukrayna Rusiya ilə birgə Qərbə qarşı iddia qaldırmalıdır” - Arestoviç

24.12.2023, 22:35
"Ukrayna Rusiya ilə birgə Qərbə qarşı iddia qaldırmalıdır” - Arestoviç

Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç ölkəsini Rusiya ilə danışıqlar aparmağa və “Qərbin bir hissəsi olmaq” planlarından əl çəkməyə, həmçinin Qərb ölkələrinə qarşı “birgə iddia” qaldırmağa çağırıb.

"Strana.ua" xəbər verir ki, o, bu barədə rusiyalı jurnalist Yuliya Latıninanın efirində danışıb.

Keçmiş müşavir bəyan edib ki, bir-birini öldürməyə davam etməyin mənasını görmür.

“Niyə? Bundan nə qazanırıq - həm Rusiya, həm də Ukrayna... Brüssel və Vaşinqtonun regional komitələrindən olan əmilərin xoşuna gəlir, iki bıçaqlı meymun bir-birini öldürərkən alqışlayırlar?” - deyə Arestoviç sual edib.

Onun fikrincə, Ukraynanın hazırkı modeli sıradan çıxıb və yalnız “yeni Ukrayna” Rusiya Federasiyası ilə razılığa gələ biləcək. Putin bugünkü Ukraynaya “təzyiq göstərəcək” və “o, dayanmaq fikrində deyil”.

“Ona görə də “Putinin yanına gəlməliyik və birlikdə Qərbə qarşı iddia qaldırmağı təklif etməliyik”, - Aretoviç bildirib.

Onun fikrincə, Qərb Ukraynadakı müharibəyə qoşulmadı, həmçinin NATO-nu genişləndirməklə Rusiyanın maraqlarını nəzərə almadı. Odur ki, bütün tərəflərin maraqlarını nəzərə alan yeni kollektiv təhlükəsizlik sistemi yaradılmalıdır. 

Şərhlər

Cəmşid Dərələyəzli 2023-12-25 11:19:45

Gerizəkalılar bunu Qerbin eyfariyyasına qapılmadan öncə fikirləşməli didlər. Rusiya Ukrayna savaşı başladaqdan bir hefte sonra metbuatda geniş bir yazı verdim ki, Zelenski Qerbe güvənməklə Ukraynanı fəlakətə sürükləyəcək. Bu da filmin sonu. Qərbin düsteyi, onların çıxarları bitənəcəndir. Nə yazıq ki, Zelenski kimi müştebehin ucbatından Ukrayna dağıldı. Amma ukraynalılar da unutmamalıdırlar ki, onlar əslində öz seçimlerinin bedelini ödeyirler. Siyasətdən nə anlayışı, nə də təcrübəsi olmayan bir şoomeni gətirib prezident seçəndə sonu da bu olacakdı.

Vahid 2023-12-25 08:29:20

Ukrayna darma-dağın olub,indi Rusiyanı tanıdınız ???Qerb sizi aldatdı.

Arestoviçə 2023-12-25 01:42:54

Çox gec ayılmısan qaqa

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol