Böyük Britaniyanın Baş Qərargah rəisi, general Ser Patrik Sanders əhaliyə Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.
“AzPolitika.info” “The Sun” nəşrinə istinadla xəbər verir ki, Baş Qərərgah rəisi bu barədə Londonda keçirilən Beynəlxalq Zirehli Maşınlar Sərgisində danışıb.
O, xəbərdarlıq edib ki, Böyük Britaniya Rusiya ilə müharibəyə başlasa, britaniyalılar hərbi xidmətə çağırıla bilərlər.
Qoşunların ixtisarını açıq şəkildə tənqid edən general Sanders, NATO-nun Rusiya ilə müharibəyə başlayacağı təqdirdə britaniyalı kişi və qadınların hərbi xidmətə hazır olmalarını tələb edib.
“AzPolitika.info”


Şərhlər