Menu

Ukrayna kəşfiyyatından təyyarə qəzası ilə bağlı açıqlama - "Əsir mübadiləsi aparmağa hazırlaşırdıq..."

24.01.2024, 20:00
Ukrayna kəşfiyyatından təyyarə qəzası ilə bağlı açıqlama - "Əsir mübadiləsi aparmağa hazırlaşırdıq..."

"Ukrayna yanvarın 24-ü Rusiya ilə hərbi əsir mübadiləsi aparmağa hazırlaşırdı".

Ukrayna mətbuatı xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O əlavə edib: "Bu günə planlaşdırılan mübadilə hələ ki, baş tutmur. Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində guya ukraynalı əsirlərin olması ilə bağlı iddiası hazırda Baş Kəşfiyyat İdarəsi tərəfindən yoxlanılır".

Ukrayna mətbuatı yazır ki, 8000-dən çox ukraynalı Rusiyada əsirlikdədir. Onların arasında mülki şəxslər də var. Bu günə kimi 49 mübadilə prosesində 2681-i hərbçi, 147-si mülki olmaqla 2828 nəfər evlərinə qaytarılıb, lakin daha on minlərlə həm mülki, həm də hərbi əsir itkin düşmüş şəxslər siyahısındadır. (musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol