"Marquette" hüquq fakultəsi noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı 5-15 fevral tarixləri arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
"AzPolitika.info" xəbər verir ki, rəsmi qeydiyyatda olan seçicilərin 51 faizi Donald Trampa səs verəcəklərini bildirərkən, hazırkı Prezident Co Baydeni dəstəkləyənlərin nisbəti 49 faiz olub.
Respublikaçılar Partiyası daxilində prezidentliyə namizədin müəyyənləşdirilməsi ilə bağlı suala qeydiyyatsız seçicilərin 73 faizi “Tramp”, 15 faizi isə “Haley” deyib. Demokratlarda isə Baydeni dəstəkləyənlərin göstəricisi 66 faiz olsa da, seçicilərin 27 faizi “qərarsız olduqlarını” bildirib.
Digər tərəfdən seçicilər immiqrasiya, sərhəd təhlükəsizliyi və iqtisadiyyat kimi sahələrdə Trampa daha çox güvəndiklərini, abort siyasəti, səhiyyə və sosial təminat xidmətlərində isə Baydenə üstünlük verdiklərini bildiriblər.
"AzPolitika.info"


Şərhlər