TƏBİB-in "Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.
TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında - fevralın 23-də xitam verib.
"Bizim.media"-nın əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib.
Qusar Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.
Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.


Şərhlər
TƏBİB-də oyunbazlıq davam edir.Adam yəqin tələb olunan məbləği çardıra bilməyib.yoxsa indiki səhiyyə halında bu adam 3 ayda hansə inqilabı edə bilərdi? Üçuçiyyətlə Səhiyyə Nazirliyi varsa və fəaliyyətədirsə bu TƏBİB nədir?Əlavə rüşvət yığma idarəsi?