ABŞ-nin keçmiş prezidenti Donald Tramp Vladimir Putinin ötən ay həbsxanada dünyasını dəyişən rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündə əli olduğunu “ehtimal etdiyini” deyib.
“AzPolitika” xəbər verir ki, Tramp “Fox News”-a müsahibəsində Navalnının ölümündə Putinin günahkar olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “O (Navalnı – red.), cavandır. Ona görə də statistikaya görə, uzun müddət yaşamalı idi... bu, qeyri-adi bir şeyin baş verdiyini göstərir”.
Bununla yanaşı, Tramp Navalnının ölümündə Putini birbaşa günahlandırmaqdan yayınıb.
“AzPolitika.info”


Şərhlər