2024-cü il prezident seçkiləri ərəfəsində Nyu-Yorkda keçirilən ianə kampaniyasında iştirak edən ABŞ lideri Co Bayden fələstinli nümayişçilərin etirazı ilə üzləşib. HƏMAS-ın 7 oktyabrdakı hücumunun ardından İsrailə dətəyini artıran Bayden növbəti dəfə Qəzza sakinlərinə qarşı soyqırımda ittiham olunub.
ABŞ prezidentinin çıxışı zamanı onun sözünü kəsən qadın nümayişçi: “Siz soyqırım edirsiniz, əlləriniz qanlıdır”, “Özündən utanmalısan, Bayden, Fələstində soyqırım edirsən, əllərin qanlıdır” şüarları səsləndirib. Daha sonra təhlükəsizlik əməkdaşları qadını zorla zaldan çıxarıblar.
Qeyd edək ki, Baydenə dəstək nümayişi üçün ianə gecəsinə qatılan keçmiş ABŞ prezidentləri Barak Obama və Bill Klinton da fələstinli nümayişçilərin etiazı ilə üzləşib.
"AzPolitika.info"


Şərhlər