Menu

"Siz peşman olacaqsınız" - İran səfiri israilli həmkarına cavab verdi

17.04.2024, 10:35
"Siz peşman olacaqsınız" - İran səfiri israilli həmkarına cavab verdi

Son vaxtlar İran-İsrail münasibətlərinin kəskinləşməsi fonunda İranın və İsrailin Azərbaycandakı səfirləri arasında yenidən söz "dalaşı" başlayıb.

"AzPolitika" xəbər verir ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi dünən israilli həmkarı Corc Dikin paylaşımına cavab olaraq “X” hesabından paylaşım edib.

“Qurban oyununun vaxtı bitib, oğul! İran bölgədə Qərbin qanunsuz və ərköyün övladını cəzalandırıb. Bundan sonra ən kiçik pisliyiniz sarsıdıcı cavab alacaq. Müsəlman Azərbaycan xalqı Fələstinin davasını müdafiə edəcək və siz peşman olacaqsınız”,-deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” hesabından etdiyi paylaşımda İranı terror dövləti adlandırmışdı.

"AzPolitika.info"

Şərhlər

Mubariz 2024-04-17 13:13:44

Bu İran gədası Azərbaycanı niyə ortaya atır ? İndi biz müsəlman olduq ? Bəs xristiyan ermənisinə kömək edəndə ,müsəlmançılığınız yadınıza düşmürdü ? Sizin kimi müsəlmandansa xristiyan yəhudi bizə daha yaxındır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol