Menu

AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub

24.04.2024, 11:26
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiya xidməti şöbəsi yaradılıb.

Eyni zamanda, iclasda AMEA Rəyasət Heyəti aparatının Nəqliyyat xidməti şöbəsinin Əsasnaməsi təsdiq edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Filologiya elmləri doktoru Əzizağa Nəcəfov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqləniblər.

Şərhlər

dadaşyev 2024-04-24 13:58:37

Cürbəcür şöbələr,yumşaq kreslolar yaratmaq deyil önəmli olan AMEA-da,elmlə məşğul olmaqdır.Ortaya hansı ümumbəşəri elmi nailiyyət çıxarılıb,ondan danışın. Yoxsa bu nədi?Bazar lövhələri.Nə bazar adə,nə yazmısan sən?Aaaa,yox,Xəzər lövhələri.Həə,Xəzər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol