Bu gün Eçmiədzin rayonundan olan 6 nəfər silah və sursat saxlamaqda şübhəli bilinərək saxlanılıb.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bundan əvvəl Eçmiədzin 7 saylı ibtidai məktəbinə səfər edən Baş nazir Nikol Paşinyanı qarşılamağa hazırlaşan Eçmiədzin Alyansı Ağsaqqallar Şurasının üzvləri polis şöbəsinə aparılıb.
Vaqarşapat ağsaqqallar şurasının “Eçmiədzin” bloku arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatını dəstəklədiyini bildirib.
“AzPolitika.info”


Şərhlər