Menu

Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı

18.05.2024, 21:37
Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov sərəncama götürülüb.

"Unikal"ın verdiyi məlumatına görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub.

Xatırladaq ki, Nəriman Cabbarov bundan öncə MN-nin Satınalma və Təchizat İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol