Menu

Avropa İtifaqının Cənubi Qafqazdakı mövqeləri zəifləyir – Fransa Brüsselə geosiyasi oyunçu olmağa imkan vermir

31.05.2024, 16:47
Avropa İtifaqının Cənubi Qafqazdakı mövqeləri zəifləyir – Fransa Brüsselə geosiyasi oyunçu olmağa imkan vermir

“Gürcüstandakı proseslər və ona Avropa İttifaqının (Aİ) reaksiyası Brüsselin regionumuzda mövcudluğunun geosiyasi kontekstini dəyişib”.

“AzPolitika” xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, Aİ regionun ilk və mühüm iqtisadi tərəfdaşıdır. F.Məmmədov qeyd edib ki, üzun müddət ərzində Aİ region ölkələri ilə öz münasibətlər sistemini formalaşdırıb, nəticədə belə bir mənzərə yaranıb:

“Gürcüstan – sistematik olaraq Avropaya inteqrasiya edir: vizasız, Aİ institusional proqramları, DCFTA azad ticarət sazişi imzaladı;

Ermənistan – KTMT və Avrasiya İqtisadi ittifaqının üzvü olmasına baxmayaraq, CEPA sazişini imzaladı və Aİ institutlarının fəaliyyətinə şərait yaratdı (Aİ missiyası, CEPA-nın genişləndirilməsi);

Azərbaycan – enerji sahəsində strateji layihələr, nəqliyyat – fərdi əməkdaşlığa malikdir”.

Politoloq xatırladır ki, 44 günlük müharibədən sonra Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında Aİ üçün geosiyasi mənada fayda vəd edən danışıqlar prosesinə start verdi. 

O, vurğulayır ki, Brüssel formatı əvvəlcə həqiqətən təsirli idi və Şarl Mişel vasitəçi kimi öz funksiyasını yerinə yetirdi: “Aİ regionda əhəmiyyət qazandı və özünü real geosiyasi quruma çevirə bildi. Burada söhbət ayrı-ayrı AB ölkələrindən deyil, bir qurum kimi Avropa İttifaqından gedir. Lakin Aİ-ni yaradan ölkələrdən olan Fransa Avropa İttifaqını öz maraqlarına tabe etdirdi. Paris məqsədyönlü şəkildə Aİ vasitəsilə Azərbaycan-Ermənistan arasında danışıqlar prosesinə qoşulmağa çalışaraq, Şarl Mişeli arxa plana keçirdi. Kulminasiya nöqtəsi Qranadada keçirilən görüş və Şarl Mişel tərəfindən imzalanmış bəyanat oldu. Azərbaycan görüşdə iştirak etmədi və Qranadanın bəyanatını rədd etdiyini bildirib. Bu bəyanat Brüssel danışıqlar formatının sona çatdırdı və eyni zamanda Aİ-nin regiondakı geosiyasi təşəbbüsünə son qoydu.

Bununla yanaşı Fransa öz “uğurunu” davam etdirmək qərarına gəldi və Gürcüstanın Aİ-yə üzvlüyünə namizəd statusu alması üçün lobbiçilik etdi. Baxmayaraq ki, Gürcüstan hökuməti bunu istəmirdi. Aprel ayında ABŞ-Aİ-Ermənistan sammiti vasitəsilə Avropa İttifaqı İrəvan-Tbilisi oxunu prioritetləşdirərək, Cənubi Qafqazda geosiyasi xətt çəkmək qərarına gəldi. Nəticədə Gürcüstan hökuməti Aİ-nin geosiyasi addımlarına reaksiya verdi və Brüsselin bəyənmədiyi qanunların qəbulu prosesinə başladı”.

Fərhad Məmmədov qeyd olunan hadisələrdən sonra aşağıdakı mənzərənin yarandığını bildirir:

“Gürcüstan - Aİ-yə elan edilmiş sistemli inteqrasiya ilə yanaşı, Tbilisi rəsmiləri ABŞ və Aİ-nin sanksiyalarına çox yaxındır;

Ermənistan - KTMT-dən çıxmadan və Avrasiya İqtisadi İttifaqında iştirak səviyyəsini azaltmadan Aİ ilə inteqrasiya səviyyəsini yüksəltmək niyyətindədir;

Azərbaycan – enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum var, amma əvvəl olmadığı kimi indidə yeni razılaşmalar yoxdur. Avropa Parlamenti tərəfindən tamamilə dezinteqrasiya münasibəti ilə üzləşib və bir-birinə qarşı etimad yoxdur.

Belə ki, Aİ-nin mərkəzi institutları və Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi perspektivi Fransanın təsiri alıtna düşüb. Bunun nəticəsində Brüsselin regiondakı fəaliyyəti mürəkkəbləşib. Gürcüstana qarşı sanksiyalar qəbul olunarsa, o zaman Qafqazda ox formalaşdırmaq mümkün olmayacaq və Mərkəzi Asiya ilə kommunikasiyalar sual altında qalacaq. Aİ-nin səhvi ondan ibarətdir ki, Brüsselin mərkəzi qurumları öz gündəmlərini təyin edə bilməyiblər. Yəni region ölkələri ilə qurulmuş əlaqələri Fransa kimi ölkələrin ixtiyarına buraxıblar”.

Politoloq hesab edir ki, Avropa İttifaqı Şurasının növbəti sədri öz rolunuı bərpa etmək üçün Qranada bəyanatında imzasını geri götürərək, ümumi Aİ siyasətini ayrı-ayrı ölkələrin, xüsusən də Fransanın siyasətindən asılılığını azalda bilər.

“Nəticədə parlament seçkilərindən sonra Gürcüstanın yeni hökuməti ilə münasibətləri normallaşdırarlar. Əks halda, hətta Avropa İttifaqının bölgədəki ilkin mövqeləri də gözümüzün qabağında əriyib gedəcək”, - F.Məmmədov vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol