“30-40 nüvə silahı ilə bütün ölkəni məhv etmək cəmi 10 dəqiqə çəkəcək. 10-15 dəqiqəyə həm Polşa dövləti, həm də Polşa xalqı məhv olacaq”.
“AzPolitika” xəbər verir ki, bunu rus hərbi ekspert Konstantin Sivkov “Rossiya 1” kanalında yayımlanan tok-şou zamanı deyib. Yayımlanan proqramda qonaqlar bu həftəsonu Avropa Parlamentinə seçkilər öncəsi Polşaya nüvə zərbəsi endirilməsini müzakirə ediblər.
Bu zaman Sivkov Polşanın nüvə müharibəsi ilə üz-üzə qalacağını iddia edib.
“Gəlin Polşaya baxaq. Kiçik nüvə müharibəsi teatrına çevrilə biləcək ən real namizəddir. Orada 20 böyük şəhər varmı? Mən belə düşünmürəm. Hər şəhərə iki nüvə raketi ayırsaq, bu, cəmi 30-40 raketə bərabər olacaq. 10-15 dəqiqəyə məhv olacaqlar. Polşa xalıq polyak dili məhv olacaq”,-deyə o bildirib.
“AzPolitika.info”
Этих нелюдей нужно остановить.
Польша является наиболее реалистичным кандидатом на небольшой театр ядерной войны, угрожает пропагандон Сивков на российском ТВ
Через 10-15 минут исчезнет и Польша, и польский народ. Польский язык также исчезнет. pic.twitter.com/umi0xehr1b


Şərhlər