Fəxrəddin Mehdi,
hüquqşünas
Mülkiyyət hüququ insanın iqtisadi azadlığının təminatdır. Konstitutsiyianın 29-cu maddəliyi əsasən, hər kəsin mülkiyyət hüqüqu var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla tənzimlənir.
Hər kəsin mülkiyyətində daşınan və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə bilrikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir.
Daşınmaz əmlak vətəndaşların mənzil hüququ ilə də bağlıdır və bu hüququ reallaşdırır. Konstitutsiyanın 43-cü - mənzil hüququndan bəhs edən maddəsində göstərilir ki, dövlət yaşayış binalarının və evlərinin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Konstitutsiyanın bu mövqeyi və tələbləri baxımından uzun illərdən ki, vətəndaşların tikib yaşadıqları fərdi yaşayış evlərinə mülkiyyət hüququna dair sənədlərini ala bilməmələrinin izahı yoxdur. Belə tikililər qanunsuz tikinti hesab edilir və bu məsələnin həll edilməsi ildən-ilə təxirə salınır. Söhbət üç yüz mindən və ya başqa rəqəmlərə görə daha çox sayda fərdi yaşayış evlərindən gedir.
Bu vacib məsələnin həll edilməməsi insanların mülkiyyət hüququnu davamlı formada pozur və eyni zamanda cəmiyyətdə iqtisadi, mənzil münasibətlərinə də böyük zərər vurur.
Həm də bir sahədə insan hüququunun pozulması digər hüquq pozuntusu yaradır. Belə ki, istifadə etdiyi yaşayış evinə sərəncam hüququnu əldə edə bilməyən vətəndaşlar mənzilıərində müvafiq qeydiyyat orqanları tərəfindən yaşayış qeydiyyatına alınmırlar.
Nəticədə onların şəxsiyyət vəsiqələri faktiki olaraq səhiyyə və təhsil müəssələrində də qəbul edilmir,səhiyyə və təhsil hüquqları pozulur.
Nəhayət, hətta yaşayış evlərinə qeydiyyatlı üçün inzibati məhkəmələrə müraciət etdikdə, məhkəmə də yayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı barədə sənədi olmadığından iddianı mümkünsüz hesab edir. Beləliklə, hüququ və məntiqi cəhətdən anlaşılmaz bir vəziyyət alınır. Vətəndaşlar uzun illərdir yaşadıqları evlərinə sahiblik edir, istifadə edir, kommunal xərclərini ödəyir, bələdiyyə vergiləri ödəyir, ancaq evlərinə sərəncam hüququ ala bilmirlər. Bu münasibətlərdən yaranan digər hüquqlardan da istifadə edə bilmirlər. Bütün bu bürokratik problemlərin həlli vətəndaşların yaşadıqları, faktiki sahiblik və istifadə etdikləri ev və mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasından keçir, hansı ki, bu da həll olunur ki, olunmur…
Vətəndaşların inzibati məhkəmələrdəki iddialarının əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və adı da çox mürəkkən olan İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxslərin Ərazi İdarələrinə qarşıdır. Bunun da səbəbi qanunlardakı boşluqlar, uyğunsuzluqlar, xüsusi ilə qeyd edildiyi kimi, normativ hüquqi aktların Ali qanunun tələblərinə və ruhuna uyğun olmamasıdır.
Konstitutsiyanın 71-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının, azadlıqlarının həyata keçirməsini heç kəs məhdudlaşdıra bilməz. Qanunun həmin tələbindən görünür ki, vətəndaşların mülkiyyət hüququnu, mənzil hüquqları məhdudlaşdırla bilməz. Necə ola bilər ki, vətəndaş ev və mənzilinə sahiblik etsin, istifadə etsin, lakin mülkiyyətinə sərəncam hüququndan məhrum olsun. Hətta, özü və ailə üzvləri yaşadığı evə qeydiyyatı mümkün olmasın.
Belə xarakterli problemlərin həllində vətəndaşların özlərinin də təşəbbüskarlığı, qanun yaradıcılığında iştirakı həlledici ola bilər. Konstitutsiya qanun yaradıcılığı prosesində belə hüququ vətəndaşlara verib, lakin bu hüququn reallaşdılmasının nümunəsi yoxdur.
Konstitutsiyanın 96-ci maddəsinə görə Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ var.
Müasir informasiya texnologiyası bilavasitə demokratik vasitələrin istifadəsini asanlaşdırır. Çox təssüf ki, informasiya texnologiyasının istifadəsində bayağı mövzuda “coşqunluq“ edildiyi halda, böyük ictimai və faydalı məsələnin həllində susqunluq nümayiş etdirilir.
Demokratiya vətəndaşların təşəbüskarlığıdır, həm də qanunvericilk yaradıcılığındakı təşəbbüskarlğıdır. Nə qədər ki, belə təşəbbüskarlıq yoxdur, mülkiyyət hüququnun hüquqsuzluğu, qeydiyyatsız evlər, qeydiyyatsız yaşamaq problemi təccüblü deyil.


Şərhlər
Vəkil düz deyirsiz - Konstitutsiya .Soruşun Siyavuşdan Konstitutsiya nədir ,deyəcək donqili bir şeydir