Menu

Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq

10.06.2024, 00:00
Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq

Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.

Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit, logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - İ.Kobaxidze bildirib.

Şərhlər

Sunay 2024-06-19 08:56:21

Gömrüy Gurcustannan Azerbaycana avtomobili necə günə gətirillər?Hal-hazirda maşin Balakendədi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol