Azərbaycanda parklanma qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.
"AzPolitika" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Yeni cərimə məbləğlərini təqdim edirik:
- Avtomobili taksi duracaqlarında saxlamağın cəriməsi 40 manat;
- Avtomobili avtobuslara ayrılmış yolda sürməyin cəriməsi 100 manat;
- Avtomobillə velosiped yollarında hərəkət etməyin və dayanmağın cəriməsi 100 manat;
- Səkilərdə avtomobil saxlamağın cəriməsi 60 manat;
- Sürücülük hüququ olmadan avtomobil idarə etmənin cəriməsi 200 manat;
- Avtomobili əlillərin avtomobilləri üçün parklanma yerində saxlamağın cəriməsi 60 manat.
- Enerji doldurulması üçün parklanma yerlərində qanunsuz avtomobil saxlamağın cəriməsi 20 manat.
"AzPolitika.info"

Şərhlər
Parlamentdə oturdurulanların tərkibinə
diqqət etsəniz orada millərin həqiqətə'n seçdiklərini yox,saxtakarlıqla millətə soxuşdurulmaşları görərsiniz.Bir diqqət edin:125 nəfərdən neçəsi Naxçıvan əsilli və ... mənşəlidir?
Baş avtobuslar öz zolaglarindan cixib gonkaya cihanda naedacaksiniz?
Velosipet zolaqi hardadiki bizde ?
Belə Cərimə məmləkəti yaratmaq hakimiyyətə baş ucalığı gətirmir! Bu ayıb və biabırçı met yığdığınəz vəsaitin dövlət büdcəsinə yox,ayrı-ayrı nazirliklərin işçilərinə paylanmasının nə demək olduğu isə çox qaranlıqdır.
SƏBƏBLƏRLƏ YOX NƏTİCƏLƏRLƏ MÜBARİZƏNİN ADƏTƏN HECBİR XEYRİ OLMUR.
carima gaaldirmag ila masala hell olunur ? parlamentda oturanlarin agili ancag buna chatir
Cərimələri qaldirmaqdan əvvəl şəhərin mərkəzi hissələrində çox sayda parklama yerləri açmaq lazımdır.