Menu

HƏRBİ XİDMƏTƏ YARARLI OLMAYAN ŞƏXSLƏRİ NƏ GÖZLƏYİR? - Rəsmi AÇIQLAMA + VİDEO

02.07.2024, 20:10
HƏRBİ XİDMƏTƏ YARARLI OLMAYAN ŞƏXSLƏRİ NƏ GÖZLƏYİR? - Rəsmi AÇIQLAMA + VİDEO

35 yaşı tamam olmamış və əvvəlki illərdə barələrində yararsız qərar qəbul edilmiş, lakin möhlət hüququ bitən vətəndaşların müayinəsi də təkrar hərbi həkim komissiyası tərəfindən həyata keçiriləcək.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Ramin Rzayev deyib.

Qurum rəsmisinin sözlərinə görə, yenidən yararsızlıq barədə qərar qəbul edilməsi üçün isə çağırışçılar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriləcəklər: "Əvvəlki qayda ilə Hərbi Komissarlıq tərəfindən elektron bildiriş göndərilməklə çağırışçılar çağırışa cəlb olunacaqlar. Çağırışa cəlb olunan şəxslər mütləq müayinə metodlarından keçməsi üçün elektron qaydada tibb müəssisəsinə yönləndiriləcəklər. Tibb müəssisəsindən qeydiyyatdan və müayinədən keçdikdən sonra əllərindəki nəticələr Səfərbərlik Xidmətinin elektron sisteminə yüklənəcək. Səfərbərlik Xidməti həmin şəxsləri doqquz həkimdən ibarət hərbi-həkim komissiyası tərkibində müayinə edəcək, onlar barədə yararlı, məhdud yararlı və yararsızlıq barədə qərar qəbul edəcək. Yararlı şəxslər birbaşa hərbi xidmət üçün hərbi hissələrə veriləcəklər".

Qeyd edək ki, bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.

Şərhlər

Eldeniz 2024-07-03 06:34:51

Nazirler ve onlarin muavinleri deputatlarin ekseriyywti herbi xidmet gormeyibler ..

Rasim Quliyev 2024-07-02 22:13:58

Siz bir Gömrük,Icra hamiyyeti,Edliyye Nazirliyyi,Ekologiya Nazirliyi,Emlak komitəsi,Anti Inhisar,Azersu,Azerisiq,Metropoliten,Vergi bu nazirliylərin əməkdaşlarını yoxlayın hamsı mehdud yararlıdır.Hətta vergidə,gömrükdə əvvəl yararsız olanları götürmürdülər.Sonradan papa balaları üçün qanunu dəyişdirdilər.Birdən gedib səngərdə əziyyət çekərdilər.

Кинг конг 2024-07-02 15:33:48

Сизин эледийивиз ише хеле меликмеммедин дашгайасы олсун

Asif 2024-07-02 10:26:13

Bes indiye qeder rusvet alanlar cezalanmayacaq?hec olmazsa bir iki muellim tutunda

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol