Menu

Qəzzada qətlə yetirilən dinc insanların sayı 40 mini keçdi

15.08.2024, 16:26
Qəzzada qətlə yetirilən dinc insanların sayı 40 mini keçdi

İşğalçı İsrail ordusunun 7 oktyabrdan bəri Qəzzanı bombalaması və apardığı quru əməliyyatları nəticəsində qətlə yetirdiyi mülki vətəndaşların sayı 40 min nəfəri keçib.

"AzPolitika" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda İsrail hücumları nəticəsində indiyədək 40 min 5 mülki vətəndaşın həyatını itirdiyini, 92 min 401 şəxsin isə yaralandığı qeyd olunub.

Nazirlik son 24 saat ərzində 40 mülki şəxsin öldüyünü, 107 yaralının xəstəxanalara yerləşdirildiyini açıqlayıb. 

İşğalçı rejimin hücumlarının 313-cü günündə çökən binaların dağıntıları altında hələ də mülki vətəndaşların olduğu bildirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol