Menu

“ABŞ Haniyəni öldürən agentlərin adlarını İrana verib” - İddia

16.08.2024, 15:43
“ABŞ Haniyəni öldürən agentlərin adlarını İrana verib” - İddia

ABŞ İsrailə hücuma hazırlaşan İranı sakitləşdirmək üçün HƏMAS lideri İsmayıl Həniyənin qətlində əli olduğu güman edilən 10 Mossad agentinin adını Tehran rəhbərliyinə verib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, ötən həftə ABŞ heyətinin Türkiyə üzərindən İrana getdiyi və HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı İran rəsmiləri ilə iki saatlıq görüş keçirdiyi iddia edilib. Xəbərdə nümayəndə heyətinin ABŞ-nin Haniyə sui-qəsdi ilə bağlı məlumatı olmadığını Tehran rəhbərliyinə çatdırdığı iddiası da yer alıb.

Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Şurası bu iddiaları təkzib edib.

Xatırladaq ki, İran HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda öldürülməsində İsraili günahlandırıb və qisas alacağına dair bəyanatlar verib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol