Menu

“Zelenski müharibəni bu payız bitirmək istəyir” - “Kursk əməliyyatı əsas rıçaqlardan biri olmalıdır”

10.09.2024, 13:15
“Zelenski müharibəni bu payız bitirmək istəyir” - “Kursk əməliyyatı əsas rıçaqlardan biri olmalıdır”

Ukrayna Prezidenti Volodimir Zelenski bu payız müharibəni məqbul şərtlərlə bitirmək üçün Rusiyaya qarşı beynəlxalq təzyiqlərə ümid edir.

“AzPolitika” xəbıər verir ki, İspaniyanın “EFE” agentliyinin məqaləsində belə deyilir.

Məqalədə iddia olunur ki, cəbhə xəttində yaxşı perspektivlərin olmadığını və bəzi əsas müttəfiqlərin hərbi yardımının azala biləcəyi riskini dərk edən Zelenski bu payız Ukrayna üçün məqbul şərtlərlə müharibəyə son qoymaq məqsədilə “yol xəritəsi” üzərində işləyir və bu zaman Rusiyaya beynəlxalq təzyiqlərə ümid edir.

Qeyd olunur ki, Zelenski ilk dəfə avqustun 27-də “qələbə planı”nın təfərrüatlarını açıqlayıb: "Mən bu planı Rusiya Federasiyasının iradəsi və ya istəksizliyi ilə deyil, tərəfdaşlarımız sayəsində həyata keçə biləcəyinə əsaslanaraq qurdum".

Məqalə müəlliflərinin fikrincə, bu məqsədə çatmaq üçün əsas rıçaqlardan biri Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyatda əldə edilən uğur olacaq.

Sülh planının tərəfdaşlara təqdim edilməsi ilə paralel olaraq, Kiyev ilin sonuna qədər İkinci Sülh Sammitini təşkil etməyə hazırlaşır və birincidən fərqli olaraq, Rusiyanı da sammitə dəvət etməyi planlaşdırır: “Zelenski və digər ukraynalı siyasətçilərin bəyanatlarından aydın olur ki, ikinci görüşün məqsədi Kiyevin sənəddə təklif etdiyi şərtlərlə sülhə razılıq verməsi üçün Rusiyaya təzyiq göstərməkdir”.

Eyni zamanda, qeyd olunur ki, bu təzyiqin effektivliyi böyük ölçüdə Rusiyaya yaxın olan Çin və Hindistan kimi güclərin mövqeyindən asılıdır. Onlar isə hələlik özlərinin Moskvaya təsirlərindən istifadə edərək Rusiyanı Ukraynadan tam və ya qismən çıxmağa məcbur etmək istəmirlər.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol