Menu

İran bu yolla Rusiyaya balistik raket göndərib - FOTO

11.09.2024, 17:47
İran bu yolla Rusiyaya balistik raket göndərib - FOTO

İrandan Rusiyaya ballistik raketlər aparan Rusiya gəmisinin peyk görüntüləri ortaya çıxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Sky News” nəşri məlumat yayıb.

Məlumata görə, “Port Olya 3” gəmisi Xəzər dənizi üzərindən Rusiyaya 220-yə yaxın ballistik raket daşıyıb.

Belə ki, “Port Olya 3” gəmisi sentyabrın 4-də Rusiyanın Olya limanına gəlib. Həmin gəminin altı gün əvvəl, yəni avqustun 29-da İranın Əmirabad limanında olduğu ortaya çıxıb. Rusiya Federasiyasına çatdırılan ballistik raketlərin böyük bir qatara yükləndiyi, lakin sonradan dəqiq hara göndərildiyi məlum deyil.

Bildirilib ki, böyük ehtimalla bu raketlər Ukraynaya qarşı müharibədə istifadə olunacaq.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol