Menu

"Ukraynanın müdafiə naziri və kəşfiyyat rəhbəri vəzifələrindən azad oluna bilərlər" - KİV

21.09.2024, 10:53
"Ukraynanın müdafiə naziri və kəşfiyyat rəhbəri vəzifələrindən azad oluna bilərlər" - KİV

Ukraynanın müdafiə naziri Rustem Umerov və ölkənin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov vəzifələrindən azad oluna bilərlər.

Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Budanovu onun keçmiş müavini, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko əvəzləyə bilər.

“Fakt budur ki, Budanovla prezident aparatının rəhbəri Andrey Ermak arasında ciddi gərginlik var. Budanov Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın çevrəsində Yermaka alternativ qalan azsaylı nüfuzlu şəxslərdən biridir”, - mənbə bildirib.

Nəşrin yazdığına görə, bu, Budanovun özünün razılığı olmadan Baş Kəşfiyyat İdarəsinin rəislərinin iki müavininin vəzifədən azad edilməsi barədə daha əvvəl qəbul edilmiş qərarla dəstəklənir. Bundan əlavə, nəşr bəyan edib ki, Ukraynanın müdafiə naziri Umerov son vaxtlar KİV və Qərb strukturlarına yaxın fəallar tərəfindən daha çox tənqid olunur.

“Rüstəm Umerov Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin oluna bilər. Umerovun yerini kimin tutacağı sualı isə açıq qalır”, - deyə nəşr bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol