Menu

“Biz sülhə düşündüyümüzdən daha yaxınıq” - Zelenskidən optimist bəyanat

24.09.2024, 09:59
“Biz sülhə düşündüyümüzdən daha yaxınıq” - Zelenskidən optimist bəyanat

“Putin Kursk əməliyyatından çox qorxur, çünki...”

Son zamanlar Ukrayna müharibəsinin danışıqlar yolu ilə yekunlaşdırılmasına dair məlumatlar və müzakirələr xeyli artıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News” telekanalına müsahibəsində Rusiya ilə müharibənin sona çatması ilə bağlı optimist bəyanat verib və müharibənin sonunun “düşünüldüyündən də yaxın” olduğunu deyib: "Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq".

Zelenski həmçinin, müttəfiqlərini Ukrayna ordusunu gücləndirməyə çağırıb: “Qələbə planı Ukraynanı gücləndirməkdir, ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik”.

Zelenski müsahibəsində Putinin Kursk əməliyyatından “qorxduğunu” da deyib: "Bu, həqiqətdir. O, çox qorxur. Niyə? Çünki insanlar gördülər ki, o, qoruya bilmir... Gördülər ki, (Rusiyanın)bütün ərazisini qoruya bilmir”.

Ukrayna Prezidenti həmçinin əlavə edib ki, Ukrayna yalnız “güclü mövqe” ilə Putini müharibəni bitirməyə məcbur edə bilər.

Qeyd edək ki, ABŞ-də səfərdə olan Zelenski ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək və ona “Qələbə Planı”nı təqdim edəcək.

Bundan öncə isə “The Times”ın yazdığı kimi, Zelenski ABŞ-dən tezliklə təhlükəsizlik zəmanəti almağa çalışacaq ki, Donald Tramp seçkidə qalib gələrsə, Ukrayna əlverişsiz sülh sazişi bağlamağa məcbur edilməsin.

Nəşrin yazdığına görə, Zelenskinin planı dörd əsas bənddən ibarətdir: Qərbin Ukraynaya NATO-nun qarşılıqlı müdafiə paktına bərabər təhlükəsizlik zəmanəti, ərazi sövdələşməsi üçün Rusiyanın Kursk vilayətində əməliyyatın davam etdirilməsi, Ukrayna üçün “xüsusi” müasir silahlar və dağılmış Ukrayna iqtisadiyyatı üçün beynəlxalq maliyyə yardımı.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

tr 2024-09-24 15:36:29

hede biyabr olub , dúnyada !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol