Sabah ABŞ-də bütün dünyanın gələcək taleyinə təsir edə biləcək prezident seçkiləri keçiriləcək.
“AzPolitika” xəbər verir ki, “The Economist” nəşri dünya ölkələrində respublikaçı Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harrisə dəstəyin səviyyəsilə bağlı yazı dərc edib.
Belə ki, “The Economist” “Globescan konsaltinq” şirkətilə birgə iki ay ərzində 29 ölkədə və Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində 30 min insan arasında sorğu keçirib. Nəticələrdən məlum olub ki, dünya ölkələrində orta hesabla respondentlərin 45%-i Harrisə, 33%-i isə Trampa üstünlük verir: “Avropada fərq daha böyükdür: 55% demokratlara üstünlük verir, Trampı seçən cəmi 26%-dir.
Jurnalistlər əlavə ediblər ki, bir sıra ölkələrdə - Argentina, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Türkiyə və Vyetnamda Tramp bütün yaş qruplarında Harrisi qabaqlayıb. Bu da daha çox həmin ölkələrdə güclü adamların idarəçiliyinə üstünlük verilməsi və Bayden administrasiyasının Yaxın Şərqdəki siyasətindən ciddi narazılıqla bağlıdır.
“AzPolitika.info”


Şərhlər