Menu

“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı - ADLAR

04.11.2024, 17:45
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı - ADLAR

“Tərtər işi” cinayətlərinə görə 6 il 10 aya kimi azadlıqdan məhrum edilmiş 4 hərbçinin cəzası azaldılıb.

"AzPolitika" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verilib.

Qərara əsasən, Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşıyevin hərəsinin cəzası 3 ay azaldılıb. Hökm qalan hissələrdə dəyişdirilməyib.

Qeyd edək ki, 2021-ci ildə istintaqı yenilənmiş “Tərtər işi” üzrə həbs edilmiş sonuncu dəstəyə ötən gün hökm oxunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Mubariz 2024-11-04 20:37:44

Qəribədir ,günahsız əsgər və zabitləri işgəncə verərək qətlə yetir , 6 il iş al ,belə çıxır ki ,bu işin hamı içində olub ,yuxarıları qurtarmaq üçün üstü ört-basdır edilib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol