Menu

BAKIDA YENİ MİKRORAYONLAR SALINACAQ - Paytaxtda hansı dəyişikliklər planlaşdırılır? + VİDEO

05.12.2024, 21:15
BAKIDA YENİ MİKRORAYONLAR SALINACAQ - Paytaxtda  hansı dəyişikliklər planlaşdırılır? + VİDEO

Bakının siması dəyişəcək. Bir yox bir neçə mikrarayon salınacaq… 

"Xezerxeber.az" xəbər verir ki, Binəqədi rayonu ərazisində tikilməsi nəzərdə tutulan 10-cu mikrorayon Dərnəgül qəsəbəsindəki Taxta Emalı-Zavodundan Çermet körpüsü deyilən yerədək böyük bir sahəni əhatə edəcək.

Əmlak məsələləri üzrə ekspert Vəfadar Axundov qeyd edib ki, Bakı şəhərinin genişləndirilməsi planında paytaxtda bir neçə mikrarayon salınnması ilə bağlı fikirlər var.

Ekspert qeyd edib ki, Bakının mərkəzindən kənarda boş ərazilər var ki, onlardan səmərəli istifadə edilməlidir. Mikrarayonlar baş plana uyğun salınmalı və nəzarət mexanizmi olmalıdır:

Vəfadar Axundov qeyd edib ki, Bakının Baş Planına əsasən, şəhərsalmanın ən yeni modelləri tətbiq olunacaq, infrastruktur tam yeniləşəcək.

Bu, bütünlüklə Bakının və ətraf qəsəbələrin, ümumilikdə Abşeron regionunun inkişaf parametrini də müəyyən edən daha uzunmüddətli konsepsiya olacaq.

Şərhlər

Vətəndaş 2024-12-06 15:09:09

Bakının siması o qədər itirilib ki, adam şəhərə çıxmaq,gəzmək.istirahət rtmək düşünmür.Şəhər mərkəzi mənasız tkililərlə doldurulub.Küçələr arlaşıb.bəziləri bağlanıb.Ölkənin bütün unfrastrukturu mrkəzə çəmləşib.Sanki cunqliyadır.Niyə buna diqə't yetirilmir.

Mubariz 2024-12-05 11:33:10

Harada boş ərazi varsa bina tikin ,sonda Bakı kanalizasiya suyunda üzəcək ,bu da « ekspert » .Nə oldu ? Hər şey 2040 -da düzələcəkdir ?

Cəmşid Dərələyəzli 2024-12-05 11:19:51

Bakının siması elə dəyişməlidir ki, insanlara əzab və işgəncə verilməsin.

Bəhi Dəxi 2024-12-05 11:11:57

Nə Bakı, nə də bütöv Abşeron yarımadasında biri-digərindən azı 5-12 km aralı 10 min aillə məskunlaşacaq əlahiddə-boş mikrorayon ərazisi görünmür? Əlbəttə, daha kip-sıx tıxac yaratmaq olar!? COP29 heç dərs vermədimi? Havada dəm qazı 40%dən çoxalıb, iki qata qalxar, gələn il buraxılan (dözüm) normasından 1,5-1,6 dəfə artıq olması gözlənmirmi? Artıq içməli su da hədsiz çirkabla verilir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol