HEYDƏR ƏLİYEVİN MİLLİ YADDAŞ SİYASƏTİ – Komitə sədrinin məqaləsi
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Türk xalqlarının birliyinin ifadəsi olan Türk Dövlətləri Təşkilatının gələcəyə gedən yolu dünən olduğu kimi bu gün də məhz Zəngəzur dəhlizindən keçir. Bu, Azərbaycanın və türk xalqlarının qarşısında duran taleyüklü missiyadır. O dəhliz açılmayınca, işləməyincə türk xalqlarının gələcəyi üçün təhlükələr hər zaman olacaqdır. Bunu bizə ulu babalarımız vəsiyyət etmişdir. Qədim və Orta əsrlərdə türk xalqları məhz Zəngəzur yolunu açıq tutduqları və heç bir düşmənə gözünün ucu ilə də olsa, bu yola baxmağa imkan vermədikləri üçün nəhəng imperiyalar qura bilmişdilər. Azərbaycan, Naxçıvan, Zəngəzur dağları Şərqi Türk dünyası ilə Qərbi Türk dünyası arasında hər zaman körpü olmuşdur. Bu körpünü Azərbaycan igidləri - Oğuz alpları, Koroğlunun dəliləri göz bəbəyi kimi qorumuşlar.
Bütün bunlar tarixi həqiqətlərdir və onları düşmənlərimiz daha yaxşı bildiyi halda, bizlər çox vaxt bu həqiqətlərə qarşı biganə münasibət bəsləyirik. Buna türk xalqlarının yaratdığı möhtəşəm dastanlara Qərb dünyasının göstərdiyi "qəribə həssas maraq" əyani sübutdur.
"Kitabi-Dədə Qorqud" - milli kimliyimizin ünvanı
Ulu Öndər Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanına fövqəladə dərəcədə əhəmiyyət verir, türk xalqlarını bu möhtəşəm dastanın etnik birlik ideyaları ətrafında birləşməyə çağırırdı. Müdrik siyasətçi, tarixi dərindən bilən dahi rəhbər bu eposun Qafqazın tarixi ilə sıx şəkildə bağlı olduğunu, tariximizin ən mühüm həqiqətlərinin bu eposda əks olunduğunu çox yaxşı bildiyi üçün onu bilavasitə "milli varlığımızın mötəbər qaynağı" adlandırmışdır. "Kitabi-Dədə Qorqud"da dövlətçilik düşüncəsinin qabarıq əks olunmasına əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulamışdır: "Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin. Bunun üçün isə o, azərbaycançılığın, mənsub olduğu xalqın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir. Məhz bu baxımdan "Kitabi-Dədə Qorqud" ensiklopediyası ilk növbədə gənc nəslə ünvanlanan bir kitabdır".
Ulu Öndərin sözlərində çox böyük həqiqət vardır. Çünki bu abidə Oğuz türklərinin ən qədim çağlardan tutmuş "bu günədək" davam edən tarixini, o cümlədən Qafqazın, Anadolunun tarixini bir güzgü kimi əks etdirir. Məhz bu abidə bölgədə yaşamış başqa qafqazdilli xalqların tarixini təsdiq etdiyi halda, ermənilərin Azərbaycan torpaqlarına rus imperialistləri tərəfindən forpost statusunda XIX əsrdə yerləşdirildiyini, bu nankor, xain və mənfur bioantropoloji fakturanın Qafqazın tarixinə tamamilə yad olduğunu, XIX əsrdən qabaq bu bölgədə hayların izi-tozunun belə olmadığını inkarolunmaz şəkildə təsdiq edir. Heydər Əliyev məhz buna görə də bəyan etmişdir: "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir".
Ulu Öndərə görə, bu abidənin bizim milli kimliyimizin formalaşmasında, onun ən ali dəyərlər əsasında qurulmasında müstəsna dərəcədə böyük rolu vardır: "Kitabi-Dədə Qorqud" bizim milli estetikamızın mötəbər qaynağı olaraq mənəvi və estetik dəyərlərin vəhdətini özündə əks etdirir. Gözəllik və eybəcərlik, ülvilik və alçaqlıq, komiklik və faciəlik, məhəbbət və nifrətlə bağlı olan fikirlər, bizim əcdadlarımızın estetik duyumu lakonik ədəbi formalarda eposun müxtəlif boylarında ifadə olunur. Gözəllik və hikmətin, gözəllik və qeyrətin, gözəllik və sədaqətin qırılmaz daxili harmoniyası da "Kitabi-Dədə Qorqud"a xas olan estetik və etik kateqoriyaların mahiyyətini açıqlayır" . Əlbəttə, görkəmli dövlət xadiminin Azərbaycan xalqını "Dədə Qorqud" dastanını hələ məktəbli ikən öyrənməyə başlamasını təkidlə tövsiyə etməsinin alt məna qatları da vardır. O, bir müdrik siyasətçi idi: kimə və nə məqsədlə çağırış etdiyini çox gözəl bilirdi. Bu baxımdan Heydər Əliyev öz çağırışı ilə, əslində, Azərbaycan insanında hələ uşaqlıqdan milli kimlik hissləri, milli tarix bilgiləri formalaşdırmaq istəyirdi. O, çox gözəl bilirdi ki, məhz "Dədə Qorqud" dastanı ilə tərbiyə olunan gənc nəsil öz tarixini və milli kimliyini dərindən sevə bilər. Çünki Ulu Öndərə görə, Azərbaycan və ümumtürk tarixinin ən mühüm və taleyüklü məsələləri, o cümlədən türk xalqlarının birliyinin nicat yolu olan "Zəngəzur-Naxçıvan dəhlizi"nin da kodları, şifrələri bu dastanda öz əksini tapmışdır. Dastan elə bir mətn hadisəsidir ki, orada təsadüfi heç nə ola bilməz. Türk xalqlarında dastan bilavasitə tarix, milli kimlik sənədidir. Seyfəddin Rzasoyun "Kitabi-Dədə Qorqud" haqqında yazdığı kimi, "Oğuz dastanları bütün hallarda oğuzların etnik-siyasi kimlik sənədi, anayasası - konstitusiyasıdır. Həmin dastanlar onları öz ifasında hər dəfə yenidən yaradan ozanların mənsub olduqları Oğuz ideoloji sisteminin maraqlarına xidmət etmiş və bilavasitə həmin etnik ideologiyanı əks etdirmişdir" .
Oğuz-türk milli yaddaşının dəyişdirilməsinə riyakar cəhd Düşmənlər türkün milli kimlik sənədlərini dəfələrlə dəyişdirməyə cəhd göstərmişlər. Bunlardan biri də "Kitabi-Dədə Qorqud"a müdaxilədir. Bütün bunlar, əlbəttə ki, qaranlıq və müəmmalı məqamlardır. Və ən başlıcası bu qaranlıq, qapqara müəmmaların Zəngəzur-Naxçıvan dəhlizi ilə birbaşa əlaqəsi var. Dəyərli dostum Seyfəddin Rzasoyun dili ilə desək, iranlı "şeyx nəsrullahlar" Azərbaycan Respublikasında daxili qarşıdurmalar yaratmaq, Cənubi Azərbaycanın şəhərləri, elləri arasında etdikləri kimi, Şimali Azərbaycanda da müxtəlif bölgələri bir-birinə qarşı qoymaq və daha da irəli gedərək, Vahid Azərbaycan xalqının cənubu ilə şimalı arasında, guya ki, tarixi "qaynaqlarla", "sənədlərlə" təsdiq olunan təfriqə, qarşıdurma yaratmaq məqsədilə "Dədə Qorqud" ənənəsi ilə bağlı İrandan tapılmış yeni oğuznamə əlyazmasına, sözün həqiqi mənasında, "qələm çalmış", onun mətninə "gec partlayan minalar" düzmüşlər.
Qeyd edək ki, mətnin özündə "Kitabi-Türkman lisani" adlandırılmış əlyazma sayı hələ tədqiqatçılar tərəfindən dəqiqləşdirilməmiş 23-27 civarında şeir mətnindən ("soy"lamadan) və Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsindən bəhs edən kiçik bir oğuznamə mətnindən ibarətdir.
Günümüzün siyasi reallıqları, xüsusilə də Zəngəzur dəhliz məsələsi ilə bilavasitə əlaqədar olan əlyazma ilə bağlı S.Rzasoy müəyyən etmişdir ki, əlyazmanın "soy" (yəni "Dədə Qorqud"dan bildiyimiz "soylama") adlanan XV nəğməsində mətnə süni şəkildə müdaxilə edilərək, məqsədli təhriflərə yol verilmişdir. Əlyazmaya müdaxilə edən təxribatçılar burada iki məqsəd güdmüşlər. Birincisi, siyasi məqsəd: Bütöv Azərbaycanın cənub elləri ilə şimal elləri arasında funksional təyinlər səviyyəsində təhqiramiz fərqlər yaratmaqla "Vahid Azərbaycan" milli şüurunda "Şimal-Cənub" qarşıdurması yaratmaq. İkincisi, inzibati-etnopsixoloji məqsəd: Şimali Azərbaycanın öz daxilində müxtəlif bölgələr arasında funksional təyinlər səviyyəsində təhqiramiz fərqlər yaratmaqla etnopsixoloji qarşıdurma yaratmaq.
Ulu Öndər milli yaddaşın sisteminin qorunmasına xüsusi diqqət yetirirdi
Müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında "Kitabi-Dədə Qorqud"un təlqinedici rolunu yüksək qiymətləndirən Heydər Əliyev bu eposun öyrənilməsində folklorşünasların qarşılaşdığı çətinliklərdən bəhs etməyi də vacib sayır. 1930-cu illərin sonlarında Əmin Abid kimi qorqudşünasların repressiya qurbanı olduğunu xatırladan Heydər Əliyev "Kitabi-Dədə Qorqud"a qarşı siyasi hücumların 1940-cı illərin sonlarından etibarən yenidən kəskin şəkil almasını xüsusi olaraq qeyd edir: "Ədəbiyyata və incəsənətə qarşı yönəldilmiş məşhur "Jdanov qərarları"nın ab-havasına uyğun olaraq, "Kitabi-Dədə Qorqud"a qarşı hücumlar başladı... "Kitabi-Dədə Qorqud" eposunun ümumən xalq eposu olmadığı bildirildi və bu eposu "yayanları amansızlıqla ifşa etmək və onlara divan tutmaq" şüarları səsləndi. Görkəmli Azərbaycan alimləri Həmid Araslı və Məmmədhüseyn Təhmasib, akademik Vasili Bartoldun ruscaya çevirdiyi "Kniqa moeqo Deda Korkuda" kitabının 1950-ci ildə Bakıda Elmlər Akademiyasında çapı rejimin sərt reaksiyasına məruz qaldı".
Heydər Əliyev "Kitabi-Dədə Qorqud"a qarşı siyasi kampaniyanın yalnız Azərbaycanda yox, digər türkdilli respublikalarda da aparıldığını vurğulayaraq deyir: "Başqa türkdilli respublikalarda, xüsusən Türkmənistanda "Dədə Qorqud"un əleyhinə dəhşətli bir təbliğat geniş şəkildə həyata keçirildi. Əslində, eposa qadağa damğası vuruldu. Epos bütün tədqiqat planları, tədris proqramları və dərsliklərdən çıxarıldı".
Yalnız Azərbaycanda yox, başqa türkdilli respublikalarda da "Kitabi-Dədə Qorqud"un siyasi rejim tərəfindən yasaq edilməsinin başlıca səbəbi nə idi? "Kitabi-Dədə Qorqud"a qarşı siyasi kampaniyanın başlıca səbəblərindən biri bu eposun milli kimliyimizi doğru-dürüst nişan verməsi, türk xalqlarının mədəni birliyinə mühüm zəmin yaratması idi. Türk xalqlarının özünüdərk prosesinə mane olmaq xətti tutan siyasi rejim bu xalqların mədəni birliyinə mühüm zəmin ola biləcək "Kitabi-Dədə Qorqud" kimi ədəbi abidələrə "mürtəce əsər" damğası vurur, "pantürkizm" adı altında həmin abidələrin tədqiq və təbliğinin qarşısını almağa çalışırdı.
Heydər Əliyevin aşağıdakı sözləri bu acı həqiqətin əsl mahiyyətini bir daha açıb göstərir: "1950-ci ilin may ayında "Dədə Qorqud"un kobud siyasi səhv olduğu partiya yığıncağında rəsmi elan edildi. Bu rəsmi mövqe bildirildikdən sonra eposun xalqa zidd bir əsər olduğu tezisi irəli sürüldü. Həmin partiya yığıncağının hesabatında deyilirdi: "Pantürkistlər tərəfindən Azərbaycan ədəbiyyatının qədim abidəsi kimi qələmə verilən "Dədə Qorqud" eposunun Azərbaycan xalqı ilə, onun tarixi, folkloru və dili ilə heç bir əlaqəsi yoxdur. "Dədə Qorqud"da Azərbaycan xalqı üçün yabançı olan həyat tərzi, adət və ənənələr təsvir edilmişdir..." (Türkologiya. - 2017. - №2, s. 46-54. Muxtar İmanov).
Heydər Əliyevin "Tarixi ənənələr" məktəbi və İlham Əliyev siyasəti
Prezident İlham Əliyev türk dünyasının inkişaf perspektivlərindən danışarkən Azərbaycan reallığını, daha dəqiq desək, Azərbaycanda bu gün baş verən hadisələri əsas, həlledici və taleyüklü faktor kimi önə sürür. Dövlətimizin başçısının yanaşmasının gücü, inandırıcılığı ondadır ki, o, hər hansı bir fakta Ulu Öndər Heydər Əliyev məktəbinin təcrübəsindən irəli gəlməklə, məhz tarixin gözü ilə baxır. Bu cəhətdən, cənab Prezident ermənilərin Azərbaycan torpaqlarına olan təcavüzünə, işğalçılıq fəaliyyətinə geniş tarixi-diaxron proseslər səviyyəsində yanaşaraq, bütün bu məsələlərin heç də lokal problem, başqa sözlə, yalnız Cənubi Qafqaz arealı ilə məhdudlaşan konflikt olmadığını, bu konfliktin onu yaradanların etnopsixoloji düşüncəsi ilə bağlı olması səbəbindən bütün türk dünyasına aid olduğunu hər zaman vurğulamaqdadır. Doğrudan da, Azərbaycan-Ermənistan savaşındakı tarixi zəfərin, xalqımızın Müzəffər Komandan İlham Əliyevin sərkərdəliyi altında qazandığı qələbənin müasir dünyadakı güc balansına kəskin şəkildə təsir etməsi onun nə qədər haqlı olduğunu göstərməkdədir. Azərbaycanı 30 il qəsdən ikili standartlar torunda "məğlub" durumunda saxlayan "demokratik" Qərb dünyası bu onilliklər ərzində "ədalətli nizamlanma" prinsipini xarab qrammofon kimi daim təkrarlasalar da, Azərbaycan xalqının sarsılmaz qələbəsi ilə dərhal maskalarını soyunub, özlərinin təcavüzkar və müstəmləkəçi simalarını göstərdilər. Və bununla da məlum oldu ki, XX əsrin başlanğıcındakı Qərb dünyasının sifəti, siması, mahiyyəti, təcavüzkar kimliyi bütöv bir yüz il ərzində müsbətə doğru nəinki dəyişməyib, əksinə, daha hiyləgər, daha qəddar mahiyyət kəsb edib: "Qoca Dünya"nın nifrəti, kini, qəzəbi daha da artıb. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasi kursunu sarsılmaz şəkildə davam etdirən Cənab Prezident İlham Əliyevin məhz "tarixi ənənələrə" söykənməkdə nə qədər haqlı olduqlarını əyani şəkildə nümayiş etdirir. Xüsusilə bu gün "Zəngəzur dəhlizi" ətrafında oynanılan oyunlar bütün mahiyyəti etibarilə məhz Heydər Əliyevin türk xalqlarının etnik-mənəvi birliyinə münasibətdə bəyan etdiyi "tarixi ənənələr" konsepti ilə bilavasitə əlaqədardır. Ulu Öndərə görə, Azərbaycan və başqa türk xalqlarının düşmənləri və dostlarının kimliyi həmin ənənələrdə dəqiq şəkildə göstərilmişdir. Ulu Öndərin tarixi ənənələrə niyə bu qədər əhəmiyyət verməsi, xüsusilə "Kitabi-Dədə Qorqud" abidəsinə fövqəladə dərəcədə böyük maraq göstərməsi, bu dastanın 1300 illik yubileyinə türk dünyası ilə bərabər "bütün dünyanı" dəvət etməsi, türk dünyasının siyasi liderləri və alimlərinin diqqətini bu abidənin milli birlik formullarına israrla cəlb etməsi təsadüfi deyildir. Eləcə də cənab Prezident İlham Əliyevin Azərbaycan və türk xalqlarının qəhrəmanlıq simvolu olan Koroğluya möhtəşəm bir heykəl qoydurması türk dünyasının birləşməsi, bir olması yolunda qurulmuş etibarlı körpülərdir.
İlham Əliyevin milli yaddaş siyasəti: "Vətəndaş - Vətən daşı"
İlham Əliyev Orta əsrlər türk və Azərbaycan dünyasının etnomədəni kimlik enerjisini, etnoenergetik potensiyası və milli-stixial gücünü özündə təcəssüm etdirən Koroğlu obrazını "fəal vətəndaş" olmağın simvolu kimi bəyan edəndə bu xalqımız tərəfindən və bütün türk dünyasında böyük rəğbətlə qarşılandı. Lakin bu, ictimai şüur səviyyələri zamanın səthi, günlük hadisələri ilə məhdudlaşan marginal "ziyalılara" qəribə gəldi. Necə deyərlər: "Əcəba, Koroğlu hara - "vətəndaşlıq" anlayışı hara?!"
Ancaq bu təəccüb, heyrət ritorikası müasir dövrdə şəxsiyyətləri uşaqlıqdan Qərb nağıl və dastanlarını oxuyaraq, "multiklərinə" baxaraq böyümüş, sintetik milli kimlik daşıyıcısı olanların necə bir faciəvi durumda olduğunu göstərir. Öz xalqının yaratdığı ədəbi-bədii dəyərlər dünyasına dərindən bələd olan cənab İlham Əliyev Koroğluya münasibətdə "vətəndaş" sözünü işlətməklə Azərbaycan ziyalılarının və ümumən, xalqın diqqətini milli kimliyin, vətəndaş olmağın "Koroğlu" eposundakı "vətən daşı" olmaqdan keçdiyini vurğulamış və bununla da, belələrinə tarixdə yadda qalacaq "ustad dərsi" keçmişdir. Bu cəhətdən, cənab Prezidentin Koroğlu abidəsinin açılışında söylədiyi nitqdə vurğulanan "vətəndaş - vətən daşı" konseptinin məhz haradan gəldiyini açıqlamaq məqsədəuyğundur.
"Koroğlu" dastanı, bildiyimiz kimi, sadəcə bir mətnlə məhdudlaşan abidə yox, Azərbaycan milli kimliyinin etnik kökləri, zəngin tarixi, torpaqlarının etnostixial potensiyası, xalqın ictimai-siyasi görüşləri, tarixinin taleyüklü hadisələri, fəlsəfi-etik baxışları, gündəlik həyat tərzi, məişəti, vətən, vətəndaşlıq, vətənsevərlik görüşləri ilə bilavasitə bağlıdır. Bu mənada, İlham Əliyevin Azərbaycan və türk xalqlarının bu möhtəşəm abidəsinə məhz "vətəndaş - vətən daşı" konseptindən yanaşması elmi cəhətdən tamamilə məntiqidir. İlham Əliyevin bilavasitə diqqətini cəlb etmiş "Koroğlu daşı" adlı əfsanədə deyilir: "Koroğlu hara gedir-getsin Çənlibeldən özü ilə bir daş apararmış. Yatanda başının altına qoyarmış. Bu daş Koroğlunun həyanı, yoldaşı olarmış.
Koroğlu dəliləri bir yerə göndərəndə gizlənərmiş, amma harada olduğunu bu daşla bildirərmiş. Dəlilər üstündə nişan olan bu daşı yaxşı tanıyarmışlar. Bir dəfə Koroğlu öz dəliləri ilə Zəngəzur dağlarına ova çıxır. Hərə bir tərəfə dağılır, hamı bir-birindən aralı düşür. Koroğlu dəliləri bir yerə yığmaq üçün Çənlibel daşını Zəngəzur dağının arasından keçən yola qoyur. Bunu görən dəlilər bir yerə toplaşırlar. Koroğlu daşı yerindən tərpətmir. Deyir, qoy bu daş bizdən yadigar qalsın. O vaxtdan bu daşa "Koroğlu daşı" deyirlər". (Azərbaycan mifoloji mətnləri. Tərtib edəni, ön sözün və şərhlərin müəllifi: Arif Acalov. Bakı: Elm, 1988, s. 49-50) Bu əfsanəni, heç bir hissə qapılmadan, sözün həqiqi mənasında, "vətəndaşlıq" anlayışına qoyulmuş söz abidə hesab etmək olar. Burada Vətən, vətəndaş və Vətənin daşı anlayışları fövqəladə məna diskursu yaradaraq vətəndaş olmağın məhz Vətən daşı olmaqdan başlandığını bəyan edir.
Bəli, "Koroğlu" dastanı hələ Orta əsrlərdən bizlərə Zəngəzuru nişan vermiş, Vətənin taleyüklü hadisələrinin Zəngəzurla bağlandığını bəyan etmişdir. Bəlkə də, bu, kimlərəsə, sadəcə, bir təsadüf, poetik detal, adi bir epizod, yaxud bizim sərbəst bənzətməmiz təsirini bağışlaya bilər.
Sözügedən əfsanədə də vətən özünün bütün mənası, məzmunu və mündəricəsi ilə məhz daşdan başlanır. Elə bu üzdən hər bir azərbaycanlı torpağı, onun hər daşını müqəddəs bilib, göz bəbəyi kimi qoruyur. 44 günlük Vətən savaşında Azərbaycan övladları Vətənin hər qarışı, hər daşından ötrü öz şirin canlarını sanki anaları uğrunda qurban verirmişlər kimi fəda etdilər. Onların bütün dünyanı heyrətə salan cəsarətləri milli yaddaşlarındakı "Vətən - Daş" arxetipinin oyanması, coşması, hər bir igidin Vətənin daşından stixial enerji alaraq yenilməz qəhrəmana çevrilməsinin təzahürü idi. Bu cəhətdən, Azərbaycan və başqa türk xalqlarının qəhrəmanlıq ruhunun, fiziki-stixial energetikasının ümummilli simvolu, poetik təcəssümü olan Koroğlunun da Çənlibeldən götürdüyü daşdan bir an belə ayrılmamağı, onu özü hər yerə aparması, xüsusilə yatarkən başının altına qoyaraq yuxuya getməsi, sadəcə, epik-təsviri detallar olmayıb, xalqımızın eraların, epoxaların dərinliyindən çağlayaraq gələn milli ruhunun kodları, simvolları, şifrələridir.
Öz xalqının milli-mənəvi dəyərlər sisteminə, folklor dünyasına, nağıl və dastanlarına, bayatı və mahnılarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev eyni əqidə və xarakteri, eyni sevgi ruhunu övladı İlham Əliyevdə də yaratmış, onda öz xalqının milli-mənəvi dəyərlərinə münasibətdə coşqun məhəbbət formalaşdırmışdır. Heç təsadüfi deyildir ki, həmişə başqa xalqların öz milli qəhrəmanlarına qoyulmuş heykəllərinə baxaraq, Koroğluya heykəl qoyulmasını uzun illər ərzində arzulayan Azərbaycan xalqının bu istəyini cənab İlham Əliyev həyata keçirərək, Bakının ən görkəmli parkında ona möhtəşəm heykəl ucaltdı. Özünün sazı, qılıncı və atı ilə buludların üstü ilə çapan Koroğlu, bu mənada, türklüyün gələcəyinə gedən yolunu simvolizə edir.
Milli yaddaşın Zəfəri
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, etibarlı əsaslarını, platformasını qurduğu siyasi-milli kurs Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Türk Dövlətləri Təşkilatının qurulması, onun məqsədlərinin həyata keçirilməsi yolunda cənab Prezidentin xidmətləri əvəzsizdir. Çağdaş dünya siyasi məkanının danılmaz və inkarolunmaz simasına çevrilmiş İlham Əliyev COP-29-u respublikamızda keçirməyə nail olmaqla bütün dünyaya, xüsusilə Azərbaycanın düşmənlərinə sübut etdi ki, dünyanın meteoroloji iqlimi kimi, siyasi iqlimini də Azərbaycan və türk dünyası olmadan müəyyənləşdirmək mümkün deyildir. Türk dünyası öz hədəflərinə nail olmalı, dünya siyasi düzənindəki layiqli yerini tutmalıdır. Bu isə min illər əvvəl olduğu kimi, Zəngəzur dəhlizinin açılmasından bilavasitə asılıdır. Ona görə də Türk Dövlətləri Təşkilatının qarşısında indi bu taleyüklü vəzifə durur: Zəngəzur dəhlizini nəyin bahasına olursa-olsun açmaq! Prezident İlham Əliyev bu vəzifənin tezislərini çox dəqiq şəkildə müəyyənləşdirmişdir:
"Ermənistanın paytaxtı İrəvan - qədim Azərbaycan şəhəridir!"
"Zəngəzur - tarixi Azərbaycan torpaqlarıdır!"
"Biz Zəngəzura, İrəvana qayıdacağıq!"
Bu şüarlar dünən bir tarixi arzunun, kədər və qüssə dolu həsrətin ifadəsi idisə, bu gün qəti inamla süslənmiş reallığın təntənəsidir. Azərbaycan xalqı Müzəffər Komandan İlham Əliyevin sərkərdəliyi altında cəmi 44 gün ərzində mənfur, nankor, xain və kəmfürsət düşmənin 30 illik işğalına son qoydu. İndi hamı, o cümlədən bütün türk dünyası Zəngəzur dəhlizinin açılacağının reallığına qəti şəkildə inanır. Türk Dövlətləri Təşkilatı da bu dəhlizin açılması yolunda, türk dünyasının birliyi, müstəqilliyi yolunda əldə edilmiş növbəti möhtəşəm qələbədir.
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.